Qarabağ Qazisi Səbuhi Səlimov haqqın rəhmətinə qovuşub
Mьəllif: Admin
Tarix: 3-03-2023, 10:56
Bцlmə: Xəbərlər
Qarabağ Qazisi Səbuhi Səlimov haqqın rəhmətinə qovuşub
Qarabağ Qazisi Səbuhi Səlimov ötən gün Bakı Apellyasiya Məhkəməsinin Apelliyasiya iclasında dünyasını dəyişib. Hakim Həsən Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlamasına etiraz edən Səlimov, bütün məhkəmə iclasını sifarişli adlandırıb.

O, hakimiyyətin onu şərlədiyini deyərək öz narahatlığını etirazı ilə ifadə edib. Ötən gün dayandırıldığı deyilən 50-gündən artıq sürən aclığın səhhətində buraxdığı fəsadlar məhkəmə salonunda şiddətlənib.

İlkin məlumata görə məhkəmə salonunda ürək tutması da bu səbəbdən baş verib. O, elə məhkəmə barmaqlıqları arasında da dünyasını dəyişib.

Məhkəmənin barəsində çıxardığı qərara etiraz edən Səbuhi Səlimov iki aya yaxın bir zaman idi ki, aclıq aksiyasına başlamışdı.

Onun vəziyyətində ağırlaşmalar səbəbindən bir müddət öncə inanclı, Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülmüşdü. Aclıq aksiyasına səbəbi isə o, vətənə xəyanət ittihamı ilə şərlənərək həbs edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin sifarişli hökmünü göstərirdi.

Ötən gün səhhətində yaranan ciddi fəsadlar onu aclığı dayandırmağa məcbur etmişdi. Bu gün o, ikinci dəfə iştirak etdiyi Apelliyasiya məhkəməsində hakimin qərarı dəyişmədən qüvvədə saxlamasına əsəbləşməsi onun ölümü ilə sonuclanıb.

Qeyd edək ki, Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) həbs qərarı verilmişdi.

Noyabrın 22-də Bakı Ağır Cinayətlər məhkəməsində Eldar İsmayılov hakimliyi ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Səbuhi Səlimov Birinci Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə döyüşüb. İkinci Qarabağ müharibəsində isə arxa cəbhədə xidmət etmişdi.


Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031