Türkiyədə zəlzələ qurbanlarının sayı 20 mini ötdü
Mьəllif: Admin
Tarix: 11-02-2023, 10:54
Bцlmə: Xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 mini ötdü
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində indiyədək həyatını itirənlərin sayı 20 318 nəfərə çatıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 88 min 88 adamı xilas etmək mümkün olub. Zəlzələnin yaşandığı bölgələrdən 90 min 511 adam təxliyə olunub.

Bölgədə fəaliyyət göstərən xilasedici personalın sayı 160 min 860-a çatıb. Bölgədə həmçinin 102 min 274 yaşayış çadırının qurulduğu bildirilib.

Dağılan binaların dağıntıları altında qalan vәtәndaşların xilas edilmәsi ilә әlaqәdar hәyata keçirilәn әmәliyyatlar fasilәsiz davam etdirilir.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031