Türkiyədə dəhşətli zəlzələ baş verib - Çox sayda ölən və yaralılar var (VİDEO)
Mьəllif: Admin
Tarix: 6-02-2023, 10:25
Bцlmə: Xəbərlər
Türkiyədə dəhşətli zəlzələ baş verib - Çox sayda ölən və yaralılar var (VİDEO)
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

24News.ge xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

İlk yeraltı təkanlar saat 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.

Hazırda ölən və yaralıların dəqiq sayı bilinməsə də, Malatyada 23 nəfərin, Şanlıurfada 15, Adanada 12, Osmaniyədə 5 nəfərin öldüyü, çox sayda insanın isə dağıntılar altında qaldığı bildirilir.

Qeyd edək ki, gecə 7.4 bal gücündə zəlzələnin ardınca təkrar təkanlar da qeydə alınıb.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031