Rusiyanın Ukraynada hərbi əməliyyatının məqsədi Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır.

İnterAz-ın Ria Novostiyə istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Ukraynadakı əməliyyatlara \"işğal\" adı vermək doğru deyil, işğal barədə heç bir söhbət getmir.

\"Rusiyanın hərbi əməliyyatının məqsədi Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Müddəti isə prezident müəyyən edəcək\".