Ayətullah Xamenei: “Hadisələr olduğu kimi danışılmalıdır”
Mьəllif: Admin
Tarix: 13-12-2021, 11:00
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: “Hadisələr olduğu kimi danışılmalıdır”
İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei Hz. Zeynəbin (ə) mövludu və tibb bacıları günü münasibəti ilə bir qrup tibb bacısı ilə görüş keçirib.

O, görüşdə qeyd edib ki, Həzrət Xanım Zeynəb (ə) tarix boyu qadının tutumunu, ağıl və düşüncə gücünü bütün dünyaya göstərib.

İslam İnqilabının Rəhbəri hegemon güclərin İran xalqının çətinliklərindən və ölkəyə tətbiq edilən tibbi dərmanlara qoyulan embarqodan sevindiklərini bildirib:

“Bu həqiqətləri nəzərə aldıqda görürük ki, böyük bir fədakarlıqla çalışan tibb bacıları xəstələri və yaxınlarını sevindirərkən, əslində hegemon güclərlə mübarizə aparırlar. Bunlar tibb bacılarının gördüyü işin çox dəyərli olduğunu göstərir”.

Ayətullah Xamenei Səhiyyə Nazirliyinin, səhiyyə işçilərinin və tibb bacılarının koronavirus epidemiyası ilə mübarizədə rolunu da yüksək qiymətləndirib:

“Son 42 ildə baş verən hadisələr, cəmiyyətin reallıqları, İslam inqilabının tarixi, müqəddəs müdafiə (İraq-İran müharibəsi) və müxtəlif hadisələr olduğu kimi ictimaiyyətə çatdırılmalıdır.

Əgər həqiqətlər deyilməsə, hadisələr düşmən mediası tərəfindən təhrif olunaraq cəmiyyətə təqdim olunar. Və düşmən yalan xəbərlərlə zalım ilə məzlumun yerini dəyişdirərək öz düşmənçilik əməllərinə daim haqq qazandırmağa çalışarlar”.
(MEHR)



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031