ABŞ Konqresinin islamofob nümayəndəsi müsəlmanlardan üzr istəyib
Mьəllif: Admin
Tarix: 28-11-2021, 13:09
Bцlmə: Xəbərlər
ABŞ Konqresinin islamofob nümayəndəsi müsəlmanlardan üzr istəyib
Respublikaçı Loran Bubert cümə günü etdiyi son açıqlamalara görə müsəlmanlardan üzr istəyib.

ABŞ-ın keçmiş prezidentinin ekstremist tərəfdarı Twitter-də yazıb: "İlhan Ömərin haqqında dediklərimlə təhqir etdiyim hər bir müsəlman kəsdən üzr istəyirəm."

ABŞ-da silah tərəfdarı olan qanunverici bir neçə gün əvvəl etdiyi çıxışda İlhan Ömərlə Konqres binasının liftində olarkən konqres polisinin liftə doğru qaçdığını gördüyünü söyləmişdi.

Həmçinin deyir ki, öz-özümə dedim ki, yaxşı, onun (İlhan Ömərin) yanında bel çantası yoxdur, ona görə də bizə heç nə olmayacaq.

İlhan Ömər onun təhqiramiz ifadələrinə cavab olaraq Twitter-dəki mesajında onu “çirkli” adlandırıb və yazıb: "İslam əleyhinə olan qərəzlər gülməli deyil və normallaşmamalıdır."

Həmin gün ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokrat liderlər bəyanat yayaraq, Buberti tamamilə geri çəkilməyə və oxşar ifadələri təkrarlamaqdan çəkinməyə çağırmışdılar.
("İQNA")
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031