Putin Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib
Mьəllif: Admin
Tarix: 18-11-2021, 22:21
Bцlmə: Xəbərlər
Putin Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib
“Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb.

Son atışmalar vəziyyətin nizamlanması üçün sülhməramlı qüvvələrin gərəkli olduğunu göstərdi”.

İnterAz xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.

O, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda oynadığı roldan danışıb.

“Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, - V.Putin əlavə edib.
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031