İran ilə Pakistan arasında ticarətin həcmi artacaq
Mьəllif: Admin
Tarix: 7-11-2021, 11:26
Bцlmə: Xəbərlər
İran ilə Pakistan arasında ticarətin həcmi artacaq
İran Sənaye, Mədən və Ticarət naziri Seyid Rza Fatəmi Əmin İran-Pakistan Birgə Ticarət Komitəsinin iclasında mətbuata açıqlamasında "İran və Pakistan iki ölkə arasında ticarət həcmini 5 milyard dollara çatdırmaq barədə razılığa gəldi", - deyib.

"İran və Pakistan arasında Azad Ticarət Sazişi yaxın 3 ay ərzində imzalanacaq və qüvvəyə minəcək", - deyən Fatəmi Əmin bildirib ki, İran Pakistanla iqtisadi əlaqələri inkişaf etdirməyə hazırdır.

Nazir Əmin iki ölkə arasında ticarətin qarşısındakı maneələrə toxunaraq, "Bu maneələrin aradan qaldırılması üçün İran və Pakistanda iki komitənin yaradılması planlaşdırıldı", - deyib.

Qonşularla əlaqələrin yeni Tehran hökuməti üçün çox vacib olduğunu qeyd edən iranlı nazir "Hörmətli Respublika prezidenti qonşu ölkələrlə yaxşı münasibətləri xüsusilə vurğulayır", - söyləyib.
(eastnews.org)

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031