Rusiya Əfqanıstandakı məscidə hücuma münasibət bildirdi
Mьəllif: Admin
Tarix: 17-10-2021, 12:01
Bцlmə: Xəbərlər
Rusiya Əfqanıstandakı məscidə hücuma münasibət bildirdi
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Əfqanıstandakı məscidə edilən hücuma münasibət bildirib.

Əfqanıstanın Qəndəhar şəhərində son məlumatlara görə 40-dan çox insanın həyatına son qoyan şiələrə aid bir məscidə edilən hücumu qınadıqlarını vurğulayan Zaxarova bu hücumun "Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra şiələri hədəf alan ilk fəaliyyət olmadığını vurğulayıb.

Zaxarova "Aydındır ki, bu cür aksiyalar təşkil edənlər məzhəblərarası qarşıdurmaya və vətəndaş müharibəsinə səbəb olmaq məqsədi güdürlər", - deyib.

Hücumun səbəbkarlarının müəyyən edilərək ağır cəzalandırılacağını ümid etdiklərini ifadə edən Zaxarova hücumda ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verərək, yaralıların da tezliklə sağalmasını arzulayıb.

Zaxarova, həmçinin "Əfqanıstan hökumətini bütün ölkə daxilində təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görməyə çağırırıq", - söyləyib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031