ABŞ Əfqanıstanda dinc sakinləri hədəfə aldığını etiraf etdi
Mьəllif: Admin
Tarix: 4-09-2021, 10:33
Bцlmə: Xəbərlər
ABŞ Əfqanıstanda dinc sakinləri hədəfə aldığını etiraf etdi
ABŞ-ın “The Hill” qəzetinin xəbərinə görə, ABŞ-ın baş qərargah rəisi Mark Milli Pentaqon binasında müdafiə naziri Lloyd Ostin ilə keçirdiyi birgə mətbuat konfransında, Kabilə edilən pilotsuz təyyarə hücumunu əsaslı hesab edib və hücumla əlaqədar araşdırmaların davam etdiyini bildirib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, hesabatda Taliban səlahiyyətliləri, ABŞ-ın PUA-sının Kabildə Xoca Buğra bölgəsindəki bir evə hücum etməsi nəticəsində bir ailənin 10 üzvünün həyatını itirdiyi qeyd edilmişdi.

ABŞ hücumdan sonra İŞİD üzvlərinin hədəfə alındığını iddia etsə də, daha sonra hücumda 7 uşağın öldüyü məlum olmuşdu.

ABŞ-ın baş qərargah rəisi Mark Milli isə, aşağıdakı iddianı ortaya atıb: “İŞİD üzvlərinin Əfqanıstanda xüsusi yerdə, xüsusi maşın hazırladıqlarına dair çox yaxşı kəşfiyyat məlumatımız var idi. Onları müxtəlif cihazlarla nəzarətə götürdük.

Ancaq məlum olduğu kimi, ABŞ pilotsuz təyyarəsindən buraxılan raket Kabil hava limanına yaxın bir evə düşüb”.

ABŞ Əfqanıstanda hava hücumlarında mülki əhalini hədəfə aldığı üçün dəfələrlə tənqid edilmişdi.

Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031