Bağdadda ABŞ səfirliyinə raket və PUA hücumu oldu
Mьəllif: Admin
Tarix: 9-07-2021, 09:49
Bцlmə: Xəbərlər
Bağdadda ABŞ səfirliyinə raket və PUA hücumu oldu
ABŞ-ın Bağdaddakı səfirliyindəki 3-cü Əl-Tövhid bazasında həyacan sirenaları çalınıb və bununla əlaqədar zenit sistemlərinin də aktivləşdirildiyi xəbər verilib.

Deyerler.org xəbər verir ki, bəzi İraq mənbələri cümə axşamı (8 iyul) səhər Bağdaddakı Yaşıl Bölgəyə və ABŞ binalarının yaxınlığına hava hücumu edildiyini bildiriblər.

Sabereen News Teleqram kanalı belə bir xəbərı yayıb: “ABŞ-ın Yaşıl Bölgədəki səfirliyindəki 3-cü Əl-Tövhid bazasında həyəcan sirenaları çalındı”.

Mənbə ABŞ səfirliyindəki 3-cü Əl-Tövhid bazasına ciddi bir hücum olduğunu qeyd edib: “CRAM sistemi 3-cü Əl-Tövhid bazasına qarşı şiddətli hücumu dəf etməyə çalışır. ABŞ səfirliyinin içərisindən və 3-cü Əl-Tövhid bazasının yerləşdiyi yerdən tüstü dumanları yüksəlir.

Hücum Yaşıl Zona içərisindəki 3-cü Əl-Tövhid bazasını hədəfə alan bir sıra kamikadze PUA-ları tərəfindən həyata keçirildi”.

Sabereen News bir neçə dəqiqə sonra hücumda raketlərdən də istifadə edildiyini yazıb: “Bu ikiqat hücum idi, şahidlər Katyuşa raketlərinin Əl-Kanda Xəstəxanası yaxınlığındakı Əl-Rəsafa bölgəsindən də atıldığını söyləyirlər”.

Mənbə ABŞ səfirliyindəki 3-cü Əl-Tövhid bazasına raket atıldığı anın videosunu da paylaşıb.

ABŞ-ın işğalçı qüvvələri Yaşıl Zona və Salehiyəyə elektrik enerjisini kəsib.

Məlumata görə, ABŞ səfirliyinin zenit sisteminin qırıntıları və güllələri 121 məhəlləsindəki Əl-Qazali qəbiristanlığının yaxınlığındakı Əl-Cəm küçəsinə düşüb və Xiyaban 18-də İraq vətəndaşının avtomobilinə ziyan vurub.

Sabereen News daha sonra qeyd edib ki, bir təhlükəsizlik şirkətinə məxsus yük maşınının Yaşıl Zona və ABŞ səfirliyinin girişinə doğru sürdü, səbəbi isə hələ məlum deyil.

Mənbə daha da əlavə edib ki, partlayıcı maddələr üzrə mütəxəssislər ABŞ-ın səfirlik kompleksinə (Bağdadda) daxil olublar:

“PUA-lardan biri hədəfi vura bilməyib və federal məhkəmə yaxınlığında qəzaya uğrayıb. Ancaq təhlükəsizlik mənbəyi ABŞ səfirlikdəki bir istirahət həyətinin birbaşa raketlə vurulduğunu təsdiqləyib”.


Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031