İki ispaniyalı xanım İmam Rzanın (ə) hərəmi sayəsində İslam dinini qəbul etdi
Qüds Rəzəvi ostanının xarici zəvvar işləri üzrə direktoru Seyid Muhəmməd Cavad Haşiminejat məlumat verib ki, ispaniyalı iki xanım İmam Rzanın (ə) müqəddəs ziyarətgahı ilə virtual əlaqə yolu ilə İslam dinini qəbul ediblər.
Deyerler.org xəbər verir ki, Seyid Muhəmməd Cavad Haşiminejat Astan News-a açıqlamasında, koronavirus epidemiyasına görə, xarici qonaqların yaxın ziyarətlərinin məhdudlaşdırılması səbəbi ilə Qüds Rəzəvi ostanının zəvvarlar üçün virtual aləmdə müxtəlif proqramların təmin edildiyini bildirib. Qüds Rəzəvi ostanının proqram hazırladığı fəal dillərdən birinin ispan dili olduğunu qeyd edən Haşiminejat, belə danışıb: “Bir müddətdir İslam dini ilə bağlı araşdırma aparan iki yeni müsəlman qadın, Qüds Rəzəvi ostanının proqramlarından təsirlənərək, müqəddəs ziyarətgahla canlı əlaqədə İslam dinini qəbul ediblər”. Haşiminejat sözügedən ispaniyalı iki qadından başqa bir neçə nəfərin də, Qüds Rəzəvi ostanının təbliğat proqramlarından təsirlənərək, İslam dinini qəbul etdiklərini vurğulayıb. Qüds Rəzəvi ostanı proqramlarının həmsöhbətləri üzərində təsirinə toxunan Haşiminejat bunları söyləyib: “Koronavirus pandemiyası dövründə virtual aləmdəki təbliğ proqramlarında yeni təcrübələr əldə edildi. Bu müddət ərzində virtual mühitdə geniş bir auditoriya ilə əlaqə qurduq və geniş təbliğ proqramımızı həmsöhbətlərimizlə bölüşürdük”. Oxşar xəbərlər
|