Lavrov: "Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar İran və Türkiyə ilə təmasdadır"
Mьəllif: admin1
Tarix: 6-10-2020, 13:10
Bцlmə: Xəbərlər
Lavrov: "Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar İran və Türkiyə ilə təmasdadır"
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskva hələ də Dağlıq Qarabağdakı hadisələrlə əlaqədar İran və Türkiyə ilə təmasdadır.

Lavov bu gün Moskvada verdiyi açıqlamasında qeyd edib ki, əgər Dağlıq Qarabağ haqqında danışmaq istəyiriksə, Azərbaycan, Ermənistan, Türkiyə və İran ilə təmasdayıq.

Lavrov, həmçinin Avropa Birliyinin Rusiya mallarının AB bazarına girişinə yeni məhdudiyyətlər tətbiq etdiyini də qeyd edib:

"Əlbəttə ki, Avropanın bu hərəkəti cavabsız qalmayacaq. Moskva, Rusiya mallarının AB bazarına daxil olması ilə bağlı mümkün yeni məhdudiyyətlərinin öhdəsindən gələcəkdir".
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031