Azərbaycan Türkiyə qoşunlarının öz ərazilərində yerləşməsi barədə iddiaları rədd edib
4000 türk əsgərinin ərazisinə yerləşdiriləcəyi iddiasını rədd edən Azərbaycan Prezidentinin köməkçisi bu iddianın tamamilə mənasız olduğunu söyləyib.
Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bu gün Ermənistan səfirinin Türkiyənin Suriyanın şimalından Azərbaycana təxminən 4 min əsgər yerləşdirdiyi barədə iddiasını təkzib edib. Hikmət Hacıyev bildirib ki, Suriyadan Azərbaycana göndərilən qoşunlarla bağlı yayılan məlumatlar Ermənistanın növbəti təxribat xarakterli hərəkətidir və tamamilə mənasızdır. (eastnews.org) Oxşar xəbərlər
|