Kərbəlada Ərbəində 30 mindən çox hərbçi təhlükəsizliyi təmin edəcək
![]() Deyerler.org xəbər verir ki, Kərbəla Əməliyyat Komandanlığının komandiri general-mayor Əli Əl-Haşimi bu gün Kərbəlada Ərbəin mərasimi üçün xüsusi təhlükəsizlik planının həyata keçirildiyini açıqlayıb. Ordu, polis və Əl-Həşduş Şəbinin də daxil olduğu təhlükəsizlik qüvvələri, xüsusilə Ənbar və Nəcəf Əşrəfə bitişik vilayətdən kənar səhra bölgələrində, quru və havadakı altı əsas bölgə üzərində təhlükəsizlik yaradıb. Əl-Haşimi bu tədbirlərin məqsədinin 30.000-dən çox təhlükəsizlik qüvvəsinin iştirakı ilə həyata keçiriləcək xüsusi təhlükəsizlik planının İmam Hüseynin (ə) Ərbəin mərasiminə hazırlaşmaq olduğunu bildirib. Ərbəin mərasimi üçün xüsusi təhlükəsizlik planlarını izah edən Əl-Haşimi, 15 sentyabrdan etibarən vilayətin qapılarının zəvvarlar üçün açıq olduğunu söyləyib. Kərbəla Əməliyyat Komandanlığının sözçüsü general Fəhim Əl-Kərbati isə bunları deyib: “Kərbəla əməliyyatının komandiri general Əli Əl-Haşiminin birbaşa nəzarəti altında zəvvarlara dəstək olmaq üçün İmam Hüseynin (ə) Ərbəin mərasiminin təhlükəsizliyini təmin etmək planları hazırlanmışdır". Plan Nəqliyyat, Ticarət və Müdafiə Nazirliklərinə bağlı nəqliyyat vasitələrinin səfər ayının 5-dən zəvvarların daşınması üçün əlaqələndirilməsi və göndərilməsi məqsədi ilə Kərbəla Əməliyyat Komandanlığı və qubernatorluğun birgə komitəsinin qurulmasını ehtiva edir. Oxşar xəbərlər
|