Bu yerləri vurduq, amma Süleymaninin qisası deyil... - İran
![]() Deyerler.org Mehrə istinadən xəbər verir ki, general-mayor Hüseyn Səlami hərbi mərasimdə çıxış edərək belə deyib: “Şəhid general Süleymaninin şəhid olmasında birbaşa və ya dolayı yolla rol oynayanları hədəfə alacağıq”. ABŞ rəsmilərinə səslənən general-mayor Səlami, belə deyib: “Şəhid qardaşımızın qanının əvəzinə Cənubi Afrikada bir qadın səfiri vuracağımızı düşünürsən? Ciddi şəkildə öz daxili problemlərinizlə məşğul olduğunuz halda, bizi min dəfə daha ağır cavab verməklə təhdid edirsiniz. Əynul Əsəd bazasını vurduğumuzda sizin bəlkə cavab verəcəyinizi düşündük. Bu səbəbdən reaksiya verməyiniz vəziyyətində təyin olunan hədəfləri məhv etmək üçün yüzlərlə raket də hazırladıq”. Bu təhdidlərin ciddi olduğunu bildirən SEPAH-ın komandiri, belə davam edib: “Bu gün də eyni şeyi edəcəyik. Vətəndaşlarımızdan birinə kiçik bir zərər də gəlsə, cavabımız ağır olacaq”. Oxşar xəbərlər
|