Nigeriyada polis Aşura günü əzadarlara atəş açdı, 2 nəfər şəhid oldu
Mьəllif: admin1
Tarix: 31-08-2020, 22:59
Bцlmə: Xəbərlər
Nigeriyada polis Aşura günü əzadarlara atəş açdı, 2 nəfər şəhid oldu
Avqustun 30-u Nigeriyanın Zaria və Kaduna əyalətində ağır silahlarla silahlanmış polislər bu ilki Aşura yürüşünü başa vurduqdan bir müddət sonra əzadarlıq mərasimində iştirak edənlərə atəş açıblar.


Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, əsassız hücumlar nəticəsində Kadunada iki nəfər şəhid olub, Kaduna və Zariada çoxlu sayda Aşura yürüşünün iştirakçısı yaralanıb.

Nigeriya İslam Hərəkatı polislərin bir həftə əvvəl Kaduna bölgəsində oxşar hücum üçün məsuliyyət daşıyan Kaduna əyalət qubernatoru Elrufaidən birbaşa əmr aldığını bildirib.

Xatırladaq ki, Aşura yürüşləri dünən (30 avqust) Nigeriyanın yüzlərlə şəhərlərində heç bir hadisə olmadan reallaşıb. Yalnız Zaria və Kadunada dinc əzadarlara qarşı vəhşilik və şiddət tətbiq olunub. Kaduna əyalətinin qubernatoru Elrufainin əmrindəki polis qüvvələri bir sıra həbslər də edib.

Bu münasibətlə Nigeriya İslam Hərəkatı bütün vicdanlı nigeriyalıları və beynəlxalq cəmiyyəti Kaduna əyalətinin qubernatoru Elrufainin günahsız şiələrin qanını tökməkdən çəkindirməyə məcbur etməyə çağırır.
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031