Trampdan ABŞ Konqresinin müsəlman üzvünə irqçi hücum
Mьəllif: admin1
Tarix: 23-06-2020, 22:24
Bцlmə: Xəbərlər
Trampdan ABŞ Konqresinin müsəlman üzvünə irqçi hücum
ABŞ-ın prezidenti Donald Tramp Nümayəndələr Palatasının müsəlman və demokrat üzvü İlhan Omara qarşı irqçi hücumunu davam etdirərək, bu siyasətçinin ABŞ-ı vətəni Somali ilə müqayisə etmək istədiyini söyləyib.

ABŞ-ın irqçilik və polis zorakılığına qarşı güclü xalq etirazları təhdidi ilə üzləşdiyi bir vaxtda, Donald Tramp tərəfdarlarına şənbə günü Oklahoma ştatının Tulsa şəhərindəki ilk görüşündə İlhan Omarın fikirlərini amerikalılara tətbiq etməyə çalışan bir əcnəbi olduğunu söyləyib.

Tramp “İlhan” adını səhv tələffüz edərək, Co Baydenin noyabr ayındakı seçkilərdə qalib gələcəyi təqdirdə, konqresin bu üzvünün hökumətinə qatılacağı barədə xəbərdarlıq edib: “Omar Bayden hökumətinə qatılmaq istəyir. Onlar bu anti-Amerika sosialist cəbhəsi ilə ailənizin və ölkənizin taleyi üzərində qərar vermə mərkəzində olacaqlar.

Ölkəmizi öz ölkəsi Somali kimi etmək istəyir. Hökuməti yox, təhlükəsizliyi yox, polisi yox, başqa heç nəyi də yoxdur. Sadəcə xaos. Hələ də bizə ölkəmizi necə idarə edəcəyimizi izah edir. Xeyr, təşəkkürlər!”



Deyerler.org
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031