Şəhid Qasım Süleymaninin terror edilməsi beynəlxalq məhkəməyə çıxarılacaq
Mьəllif: admin1
Tarix: 11-06-2020, 21:44
Bцlmə: Xəbərlər
Şəhid Qasım Süleymaninin terror edilməsi beynəlxalq məhkəməyə çıxarılacaq
İran Qüds Qüvvələrinin keçmiş komandiri şəhid Qasım Süleymaninin İraqın paytaxtı Bağdadda ABŞ hava hücumunun nəticəsində terror edilməsini beynəlxalq məhkəməyə çıxarmağı planlaşdırır.

Deyerler.org xəbər verir ki, İran dövlət televiziyasına danışan xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Muhsin Baharvənd, Xarici İşlər Nazirliyinin “Süleymanın sui-qəsdi” ilə əlaqədar Ədliyyə, İnqilab Keşikçiləri Ordusu və Kəşfiyyat Nazirliyi ilə apardığı istintaqın yekunlaşmasından sonra məsələni beynəlxalq məhkəmələrdə qaldıracaqlarını söyləyib.

İstintaqın başa çatması üçün İraq və Suriyadakı müvafiq qurumlarla əməkdaşlığa ehtiyac olduğunu bildirən Baharvənd, bu mövzularda məsləhətləşmələr üçün sözügedən ölkələrə səfər edəcəklərini bildirib.

“Diplomatik hərəkətlər və etirazlar Təhlükəsizlik Şurasına və BMT baş katibinə göndərilən məktublar vasitəsilə həyata keçirilir. Xarici İşlər Nazirliyindəki istintaqımız başa çatma mərhələsindədir, bundan sonra beynəlxalq təşəbbüslər edəcəyik”, - deyə o, bildirib.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930