Xərçəngi yox edən molekul tapıldı
Mьəllif: admin1
Tarix: 1-11-2017, 14:40
Bцlmə: Xəbərlər
Xərçəngi yox edən molekul tapıldı
ABŞ-lı elm adamları, bədəndə, xərçəngli hüceyrələri yox edən və irsi olaraq keçən avto-müdafiə etmə sistemi kəşf etdi. Siçanlar üzərindəki təcrübələr müvəffəqiyyətli oldu.

ABŞ-da olan Northwestern Universitetində vəzifə yerinə yetirən Marcus Peter adlı professor, xüsusi bir RNA (ribo nükleik turşu) inkişaf etdirdi. Peter bəzi genlərdən əldə edilən bu kiçik RNA-ların xərçəngli hüceyrələri də yox etmə tutumuna sahib olduğunu kəşf etdi. Araşdırma sayəsində RNA molekulları bu zamana qədər heç olmadığı qədər elm insanlarının diqqətini çəkməyi bacardı.

Elm insanları, 8 il davam edən araşdırmada RNA molekullarını izləmək üçün tam 2 min 920 gün keçirdi. RNA-ların xərçəngə səbəb ola biləcək bütün hüceyrələri yox edən bir mexanizmi həyata keçirdiyi məlum oldu. Ancaq bu təsiri RNAl-ların bir qrupu təmin edir. Xərçəngli hüceyrələr bu sayədə özünü müdafiə etmək üçün lazımlı imkanlardan məhrum qalır.

Professor Peterə görə hər bir hüceyrəmizdə var olan bir mexanizmin keçmişi bir neçə yüz milyon il əvvəlinə söykənir. Peter tərəfindən idarə olunan araşdırma və Northwestern Universitetində reallaşan iki araşdırma daha bu öldürücü molekulların siçanlar üzərində müvəffəqiyyətli bir təsirə sahib olduğunu sübut etdi.

Peter, bu mexanizm sayəsində xərçəngə qarşı yeni müalicələrin inkişaf etdirilməsini ümid edir.


Deyerler.org
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031