Qəhvə 5 xəstəlikdən və qocalmadan qoruyur
Mьəllif: admin1
Tarix: 10-04-2016, 22:02
Qəhvə 5 xəstəlikdən və qocalmadan qoruyur
Qəhvə insanı 5 xəstəlikdən və qocalmadan qoruyur. Belə bir qənaətə Harvard Universitetinin alimləri 130 min könüllü arasında bir neçə il ərzində apardıqları təhqiqat nəticəsində gəliblər.

"Yüksək ölüm riski və ağır ürək-damar xəstəlikləri hətta ən qatı kofemanlarda belə müşahidə edilmədi", - deyə doktor, həkim-genetik Rob Van Dam qeyd edib.

Dmitri Nikoqosov isə qəhvənin əla profilaktik vasitə olduğu xəstəliklərin siyahısını tərtib edib. "Ancaq qəhvə bir neçə xəstəliyin profilaktikası üçün yaxşı olsa da, heç də müalicə eləmir", - bildirib alim.

Belə ki, gün ərzində 1-2 fincan ətirli içki Alsheymer xəstəliklərindən, sirrozdan və qaraciyərin başqa problemlərindən, fibral aritmiyadan, şəkərli diabetdən qorunmağa və ümumi qocalmanı ləngitməyə imkan verir.

Bununla belə, həkimlər kəskinləşmə mərhələsində ikən hipertoniya, fibral aritmiya, qaraciyər və mədəaltı vəz xəstəlikləri zamanı, habelə hamiləlilik dövründə bu içkiyə çox aludə olmamağı tövsiyə edirlər.


"Qəhvəyə həvəs və ya laqeydlik genetik amillərdən asılıdır. Adam var, gündə 6 fincan içir, bir başqası - cəmi iki. Effekt isə eynidir, çünki kofemanlarda bu ətirli içki orqanizmdə çox ləngimir", - Nikoqosov vurğulayıb.

Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031