Böyrəklər üçün təhlükəli qidalar
![]() Tədqiqatçılar, artıq qlikosilasiya məhsullarının (karbohidratlarla qlikasiyaya məruz qalan proteinlər və ya lipidlər) iltihab və xroniki böyrək xəstəliyinə səbəb olmasını tapıb. "Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu potensial təhlükəli maddələr, termik işlənmiş qidalarda olur və qızardılmış və bişmiş qidalara xüsusi dad və ətir verir. Onlar hətta kartof çipsilərinə, bişmə un məhsullarına, şokolada və qənnadı məmulatlara əlavə edilir. Qeyd edək ki, iltihab prosesini aradan qaldırmaq üçün, qida rasionuna bağırsaq və böyrəklərin işini bərpa edən nişasta lifi olan qidaları daxil etmək olar. Bunlara yulaf, bişmiş və soyudulmuş düyü, arpa, lobya, noxud, kartof nişastası (qida əlavəsi kimi) və qaynadılmış kartof aiddir. İşlənmiş qidaların istehlakı diabet, hipertoniya, piylənmə, xərçəng və mədə-bağırsaq xəstəlikləri ilə yanaşı ümumi ölüm riskini artırır. Oxşar xəbərlər
|