Narkozun beyinə təsiri
Mьəllif: admin1
Tarix: 13-01-2018, 20:52
Narkozun beyinə təsiri
Ən çox istifadə edilən tibbi müdaxilə üsullarından biri olan ümumi narkoz tam mexanizmi həqiqətən çox maraqlı deyilmi?

Avstraliyalı araşdırmaçılar isə, ən çox istifadə edilən narkoz dərmanın bizi yalnız yatırtmaqla kifayətlənməyib, eyni zamanda beyin hüceyrələri arasındakı ünsiyyəti pozduğunu kəşf edərək cavaba bir addım daha yaxınlaşdı.

Həmin araşdırmaçılar dünya səviyyəsindəki cərrahi əməliyyatlarda ən çox seçilən dərmanlardan biri olan Propofol üzərinə işləyir. Güclü bir sedatif (sakitləşdirici) olan dərman, beynimizdəki yuxu-oyanıqlıq dövrünə nəzarət edən GABA nevrotransmitter sistemi üzərinə təsir edərək bizi yatırdır. Ancaq dərmanı qəbul etmiş olan hər kəs sonra oyanmanın normal səhər halından daha fərqli hiss etdirdiyini deyə bilər. Bundan əlavə, çox sayda ciddi əks təsirin ortaya çıxması söz mövzusudur, bu səbəblə elm adamları dərmanın beyində tam olaraq nələr etdiyini anlamağa çalışırlar.

Siçanlar və meyvə ağcaqanadlarından alınan canlı sinir hüceyrəsi nümunələrini istifadə edən araşdırmaçılar, super-həllolma dəqiqlikli mikroskop köməyilə nevrotransmitter fəaliyyəti təqib edə bildilər və propofolun, sinir hüceyrələrinin bir-birilə ünsiyyətini təmin edən bir kilid zülalla təsirləşdiyini kəşf etdilər. Sintaksin 1A adlı bu zülal yalnız heyvanlarda deyil, insanlarda da var.

Araşdırmaçılar bu ünsiyyət pozulmasının propofolun ağrısız əməliyyatları necə təmin etdiyinin bir açarı ola biləcəyini düşünür. Yəni əvvəl bizi normal bir yuxu dərmanı kimi yatırdır, sonrasında beynin bağlantısını pozaraq işi böyüdür.




Deyerler.Org
Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930