Həyatda insanı daima izləyən 8 tələbkar
Mьəllif: admin1
Tarix: 11-02-2022, 13:17
Həyatda insanı daima izləyən 8 tələbkar
İnsanın həyatı bir mübarizədir. Bu mübarizə ölüm anına qədər bitmir. Çünki o bu dünyaya əbəs yerə gəlməyib və onun öhdəsində bir məsuliyyət var.

Bu məsuliyyət hər gün hər və hər an insanı sual və tələb qarşısında qoyur. Sadəcə olaraq bəzi insanlar borclu olduğu məsələlərdə tələblərə cavab verməkdən yayınır və beləcə özlərini azad bir insan kimi sanırlar.

Lakin insan yalnız bu dünyada azad və məsuliyyətsiz olduğunu sana bilər. Qohumbazlığın və rüşvətin keçmədiyi o dünyada isə insan cavab verməyə bilməyəcək.

Bəhrul-Ənvar əsərinda insanın bu dünyadakı məsuliyyəti və onu daima izləyən tələbkarlar barədə maraqlı bir hədis gəlibdir.

İmam Səccaddan (ə) “Ey Allahın peyğəmbərinin oğlu necəsən?” soruşulduqda, o həzrət buyurur:

“ Mənim vəziyyətim belədir ki 8 tələbkar arxamcadır: Allah məndən vacibati tələb edir, peyğəmbəri sünnətə əməl etməyi tələb edir, əhli-əyalım və ailəm məndən yemək istəyir, nəfs məndən şəhvət, şeytan isə günah edib, üsyan etməyi istəyir, (sağ və sol çiynimdəki) iki mələk məndən əməldə düz olmağı, ölüm mələyi canımı, qəbr də ki cəsədimi tələb edir. Bax mən bu tələbkarların arasında qalmışam”.
(islaminsesi)
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031