Allah həyalı insanları sevir
Mьəllif: admin1
Tarix: 18-06-2019, 22:10
Allah həyalı insanları sevir

Həyaya səbəb olan amillər bunlardır:

1. Ağıl. Həzrət Peyğəmbər (s) buyurur: “Ağıl həlimliyin yaranmasına səbəb olar. Həlimlikdən – elm, elmdən – inkişaf, inkişafdan – iffət, iffətdən – özünə nəzarət etmək, özünə nəzarət etməkdən – həya, həyadan – vüqar, vüqardan – xeyir əmələ davam etmək və şərə nifrət etmək, şərə nifrət etməkdən itaət hasil olar”.

2. İman. İmam Sadiq (ə) buyurur: “Hər kimin həyası yoxdur – onun imanı yoxdur”.

Həyaya mane olan amillər:

1. Pərdələri aradan götürmək. İmam Kazım (ə) buyurur: “Özünlə qardaşın arasındakı xəcalət pərdəsini götürmə, ondan bir azını saxla. Çünki onu götürmək – həyanı götürməkdir”.

2. İnsanlara tərəf əl açmaq. İmam Sadiq (ə) buyurur: “İnsanlara tərəf əl açmaq izzəti aradan qaldırar və həyanı aparar”.

3. Çox danışmaq. İmam Əli (ə) buyurur: “Hər kim çox danışar – xata yolunu çox gedər. O kəs ki, çoxlu xata edər – utancaqlığı az olar. O kəsin ki, utancaqlığı az olar – təqvası az olar. O kəsin ki, təqvası az olar – ürəyi ölər”.

4. Şərab içmək. İmam Rza (ə) buyurur: “Allah Təala şərabı haram buyurmuşdur, çünki şərab, yolunu azmağa səbəb olar. Ağılları həqiqəti tanımaqda batil edər, xəcaləti və həyanı insanın üzündən aparar”.

Həyanın təsirləri.

1. Allahın məhəbbəti. Həzrət Peyğəmbər (s) buyurur: “Allah utancaq, həyalı və iffətli insanı sevər”.

2. İffət. İmam Əli (ə) buyurur: “Həyanın səmərəsi – iffət və ətəyin pak olmasıdır.

3. Günahların pak olması. İmam Səccad (ə) buyurur: “Dörd şey vardır ki, hər kimdə olarsa, İslamı kamil və günahları pak olar. Allah Təala ilə o halda görüşər ki, ondan razıdır. Onlardan biri odur ki, Allah və insanların yanında çirkin olan hər şeydən xəcalət çəkəsən”.

4. İmam Sadiq (ə) şagirdi Mufəzzələ buyurur: “Ey Mufəzzəl! Əgər həya olmasaydı, insan heç bir zaman qonaq qəbul etməzdi. Vədəsinə vəfa etməzdi, (insanların) ehtiyacını aradan qaldırmazdı, yaxşılıqlardan çəkinərdi, pisliklərə düçar olardı. Lazım və vacib işlərin bir çoxu həyaya görə yerinə yetirilər.

İnsanların bir çoxu əgər həya etməsəydilər, valideynin haqqını əda etməzdilər. Sileyi-rəhm etməzdilər və heç bir əmanəti düzgün şəkildə qaytarmazdılar, əxlaqsızlıqdan çəkinməzdilər”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930