İmam Əlidən (ə) uşaq tərbiyəsinə dair 10 nöqtə
Mьəllif: admin1
Tarix: 1-06-2024, 10:33
İmam Əlidən (ə) uşaq tərbiyəsinə dair 10 nöqtə
Əmirəl-mömininin (ə) mübarək nəzərində övlad tərbiyəsinə dair “Nəhcul-bəlağə”nin 31-ci xütbəsindən çıxardığımız nəticələr:

1. Övlad – insanın bədəninin bir parçasıdır. Valideyn diqqət etməlidir ki, övlad onun varlığının səmərəsidir. Onun ətindən, qanından yaranmışdır.

Əgər ona ziyan dəyərsə, sanki valideyn ziyan görmüşdür. Əgər valideyn bu inanca malik olmazsa, övladının səadət zəminələrini hazır edə bilməz.

2. Dini tərbiyə. Pak və çirkli, yaxşı və pis eyni deyildir. Din – insanın səadət proqramıdır. Ona görə də övladın dini tərbiyəsinə xüsusi diqqət göstərmək lazımdır.

3. Halal tikə. Bəşər o zaman yolunu azmağa başlayar ki, çirkinliklərə tərəf meyil edər. Uşağın fitrəti pakdır və hələ cəmiyyət içinə çıxmır.

Ona görə də əgər yolunu azarsa, yediyi haram tikəyə görədir. Ona görə də valideyn övladına necə tikə yedizdirdiyinə diqqət etməlidir.

4. Moizə. Övladın əxlaqi dəyərlərini daha da möhkəmləndirmək üçün ona moizə etmək lazımdır. Əlbəttə, bu moizə təkəbbürlə deyilməməlidir, yumşaq və mülayim dillə deyilməlidir. Əgər yaşı kiçikdirsə, nağıllar və Quran qissələri vasitəsilə uşağa dini dəyərlər aşılanmalıdır.

5. Dinlə tanış olmaq. Hədislərdə oxuyuruq ki, övladınızı namaz, oruc, dəstəmaz, qiblə və övladınızın dərk etdiyi hər şeylə tanış edin.

Bu yolla onu dinə yaxınlaşdırarsınız. Bunu nəzərə almaq lazımdır ki, bu təlimlər tədricən və münasib zamanlarda olmalıdır. Misal üçün, uşaq yorğun və ya yuxulu olanda bu rəftarlar zərərlidir.

6. Faydalı elm öyrətmək. Uşağın uşaq bağçasına verməyin bir çox ziyanları vardır. Ona elə lazımsız elmlər öyrədilir ki, bəlkə heç bir dərdinə dəyməz.

Həm də dindən uzaqlaşmasına səbəb olar. Yəni, valideyn övladına ingilis dili öyrətməzdən əvvəl, Quran təlimlərini öyrətməlidir.

7. Övladın tərbiyəsində tələsmək. İmam Əli (ə) bu xütbəsində mühüm bir nöqtəyə işarə edir və buyurur ki, uşağın fitrəti pakdır və tarlaya bənzəyir.

Ona etiqad və dini tərbiyə toxumları əkilməlidir. Ən yaxşı zaman – yeniyetmə dövründən tutmuş cavanlıq dövrünə qədərdir.

8. Yaxşılıqları tanıtmaq. Necə də yaxşı olardı ki, övladlarımıza yaxşılıqları əməldə göstərərdik. Əgər yetimlərə yardım etməyi qəsd ediriksə, uşağı infaq etməklə tanış edək. Yardım edəcəyimiz hədiyyəni onun əlinə verib, təqdim etməsini istəyək.

9. Agahlıq. Elm və texnologiya günü-gündən inkişaf etdiyi üçün cəmiyyətə daxil olmayan övladlarımızı cəmiyyətin bir çox zəruri məsələləri ilə tanış edək. Əqidəmiz belədir ki, uşağın bilməli olduqlarını ona söyləsək, kifayətdir.

10. Yəqinə olan elm. Uşağın agah edilməsi onu şəklərdən uzaqlaşdırar və uşağa yəqinə əməl etməkdə yardım edər. Əgər övladınızı hələ kiçik yaşlarından dini tərbiyə etsəniz, yeniyetmə və cavan yaşlarında Məbdə və məadını tanımaqda daha irəli getmiş olacaqdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031