Ayətullah Safi Gülpayiqani: “Fatimiyyə günləri aşuradır, qədr gecəsidir!”
Mьəllif: admin1
Tarix: 17-11-2024, 11:12
Ayətullah Safi Gülpayiqani: “Fatimiyyə günləri aşuradır, qədr gecəsidir!”
Həzrət Siddiqeyi Tahirə Fatimeyi Zəhra (s) həqiqətdə öz babası Həzrət Peyğəmbər (s) kimidir və Əhli-beytin (ə) yanında xüsusi məqamı var. Belə ki, bütün İmamlar (ə) onun varlığı ilə fəxr edirlər.

O müqəddəs varlıq bütün Əhli-beyt (ə) üçün hüccətdir. Yəni özlərinin haqlı olması, qəsbkarların və zalımların qüvvədən düşməsi üçün o xanımın vücudu irəli sürülür.

Bütün Əhli-beyt (ə) hüccətdir, lakin Həzrət Zəhranın (s) bu cəhətlərdən hüccət olması hər kəsdən çoxdur.

O, iffəf, ismət və kəramətdə İslamın ilk qadınıdır və onun varlığı bir ülgüdür. Önəmli məsələlərdən biri Fatimiyyə günlərinin hörmətini saxlamaqdır.

Fatimənin (ə) vəzifələri, təqvası, ibadəti, elmi və hikməti gərək həmişə belə proqramların içində olsun. Bu vəzifələr çıxışlarda, yazılarda və münasib olan hər fürsətdə açıqlanmalıdır.

Fatimiyyə günlərində o Həzrətin (ə) ilahi şəxsiyyətinə ehtiram qoyumaq vacibdir. O Həzrətin (ə) sözləri bütün qadınların və hətta kişilərin də həyat nümunəsi olmalıdır.

Fatimiyyə günləri bir tarixdir. Fatimiyyə günlərini qeyd etmək zalımlara qarşı fəryaddır.

Fatimiyyə günləri - yəni cihad.

Fatimiyyə günləri - yəni Həzrət Mehdinin (ə) ilahi höküməti günü.

Fatimiyyə günləri - aşuradır.

Fatimiyyə günləri - qədr gecəsidir.

Fatimiyyə günləri - yəni haqqın batilə qalib gəldiyi gün.


Fatimənin (ə) əzadar heyətinə salam və Allahın rəhməti olsun!

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031