Axəril-zamanda qadınların vəziyyəti
Mьəllif: admin1
Tarix: 27-02-2023, 10:56
Axəril-zamanda qadınların vəziyyəti
Axəril-zaman hökuməti ilə bağlı bəyan olunan mövzulardan biri qadınların ictimai məqamları ilə bağlıdır.

Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, qadınlar hakim olar və uşaqlar hökumət edərlər”.

Həzrət Əli (ə) yenə buyurur: “O zaman ki, qadınlar səltənət taxtına qalib gələrlər və hər bir kişiyə qalib olarlar və onların istəyindən savayısına əməl olunmaz”.

İmam Sadiq (ə) buyurur: “Qadınları görərsən ki, kişilər kimi məclislər təşkil edərlər”.

Axəril-zamanda insanların ən çox rastlaşdırları çətinlik – iqtisadi böhranlardır. Bütün dünya üzrə iqtisadi çətinliklər müşahidə olunacaqdır.

Qadınlar da bu hadisədən amanda qalmayacaqlar. Bəlkə ən çox zərbə onlara dəyəcəkdir.

İmam Əli (ə) buyurur: “Axəril-zamanda qadınlar dünyaya həris olduqları üçün həyat yoldaşlarının ruzi qazanmasında iştirak edərlər”.

Həzrət (ə) başqa yerdə buyurur: “Ən pis zaman olan axəril-zamanda elə qadınlar zahir olacaqlar ki, paltar geyinməklərinə baxmayaraq, paltarsız olarlar”.

Axəril-zamanda qadınların ictimai vəziyyəti:

1. Qadınlar təhlükəsizlikdə olmazlar. Zühurdan əvvəl cəmiyyəti hədələyən ən böyük təhlükə – ailələrin və namusların təhlükədə olmasıdır. Bu məsələ o qədər yayılacaqdır ki, çox az insan onun qarşısını almağa çalışacaqdır.

2. Qadınların əxlaqi səviyyələrinin aşağı düşməsi. Zühurdan əvvəl cəmiyyətdə fəsad və əxlaqsızlıqlar artacaqdır. Heyvani rəftarlar o qədər çoxalacaqdır ki, adi hal hesab olunacaqdır.

Muhəmməd ibni Müslim deyir: “İmam Baqirə (ə) dedim: “Sizin Qaim (ə) nə zaman zühur edəcəkdir?”. İmam (ə) buyurdu: “O zaman ki, kişilər özlərini qadınlara bənzədəcək və qadınlar da kişilərə bənzəyərlər””.

3. Başçı və himayəçisi olmayan qadınların sayı artacaqdır. Axəril-zamanda dalbadal müharibələr olduğu üçün kişilərin sayı azalacaqdır. Ona görə də başçısı olmayan qadınların sayı artacaqdır. Onlar da özlərini himayə edənlərin ardınca olarlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət bərpa olmaz, məgər o halda ki, 50 qadın üçün bir başçı olsun”.

Əgər bu gün cəmiyyətə nəzər salsaq, görərik ki, hədislərimizin söylədiyi həmin nişanələri az və ya çox olaraq cəmiyyətdə müşahidə etmək olar.

Bunu da qeyd etmək lazımdır ki, axəril-zamanda təkcə əxlaqı zəif qadınlar olmayacaqdır, əlbəttə ki, iffətli və imanlı qadınlar da olacaqdır.



www.ahliman.info
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031