Hər bir günahın özünəməxsus bəlası
Mьəllif: admin1
Tarix: 11-11-2021, 23:13
Hər bir günahın özünəməxsus bəlası
Doğrudur ki hikmətli Allah günahkarlara o dünyada cəza vəd verir.

Lakin günahların bu dünyada insanı bəlaya düçar etməsi də qaçılmazdır. Günahların insana mənfi təsiri onun təkcə mənəvi dünyasına deyil, fiziki həyatına da şamildir.

Heç bir günah bundan istisna deyil. Bu bir qanundur ki bəndə etdiyi günahın mənfi təsirinin ən azı bir qismini bu dünyada dadmalıdır.

İləluş-Şəraye əsərində İmam Sadiqdən nəql edilən hədisdə hər bir günahın insana gətirdiyi bəla və mənfi təsiri belə açıqlanıb.

“Nemətləri dəyişən onları insanın əlindən alan günah digərlərinin haq-hüquqlarını tapdalamaqdır.

Qətl peşmançılıq gətirən günahdır. Bəla nazil edən günah zülm etməkdən ibarətdir.

İnsanın abrını aparan günah isə şərab (məst edici maddələr qəbul etmək) içməkdir.

Zina isə ruzinin artmamasına səbəb olar. Ölümü tezləşdirən günah qohum-qardaşla əlaqələri kəsməkdir.

Ata-Anaya üsyan edib onları incitmək isə duanın qəbul olunmasına imkan verməz”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031