Qəlbimizi məhv edən xislətlər
Mьəllif: admin1
Tarix: 21-05-2021, 22:46
Qəlbimizi məhv edən xislətlər
Qəlb dedikdə insanın çırpınan ürəyi nəzərdə tutulmur. Söhbət onun ağlına və ruhuna hakim olan qəlbdən gedir. Bu qəlb işıqlandıqca insan günahdan uzaqlaşaraq, hikmətə doğru gedir.

Əksinə cılız məsələlər günahlar, pis vərdişlərə qurşandıqca kamillikdən uzaqlaşır və süquta uğrayır.

Qəlbi məhv edib onu şeytanın cövlangahına çevirən əsas amil bu qəlbin qəsavət bağlaması və qaralmasıdır ki bu da günahlar səbəbindən baş verir.

İləluş-Şəraye əsərində İmam Əlidən (ə) qəlbi məhv edən xislətlər barədə belə bir hədis nəql edilibdir.

“İnsanda ən qəribə üzv qəlbdir. O qəlbdə hikmətlər də yer tuta bilər onların əksi də. Əgər qəlbdə arzu yaransa, (o arzuya çatmaq üçün) tamah insanı zəlil günə qoyar.

Tamahkarlıq orada baş qaldırdıqda isə onu məhv edər. Daha sonra ümidsizləyə qapılar və nəticədə qəm yemək onu öldürər. Qəlbin hər bir səhlənkarlığı onun üçün ziyan gətirər, hər ifrat etməsi isə onu puçluğa aparar.”

Amma əksinə qəlbi məhv amillərindən necə uzaq tuta bilərik?

Loğman öz övladına nəsihət verərək deyir: "Övladım! Alimlərlə ol və onlarla otur-dur. Çünki Allah torpağa yağışın yağması ilə həyat verdiyi kimi, qəlbləri də hikmət və nəsihət nuru ilə dirildir." (Biharul-Ənvar, c. 1, səh. 204, hədis 22).

Allahın Peyğəmbəri Məhəmməd (s) səhabəsi Əbuzərə buyurub: "Çox gülməkdən çəkin ki, o qəlbləri öldürər." (Məaniul Əxbar, səh. 335, hədis 1)

Allahın Peyğəmbəri (s) daha bir hədisdə buyurub: "Allah buyurur: Mənim bəndələrim arasında elmi söhbətlər ölü qəlbləri dirildər. Bu şərtlə ki, bu söhbətdə Mənim əmrimə (üsuliddin və ya firuiddinə) çatsınlar." (əl-Kafi, c. 1, səh. 41, hədis 6)

İmam Əli (ə) əziz övladı İmam Həsənə (ə) belə tövsiyə edir: "Öz ürəyini moizə ilə dirilt və dünyanı ürəyindən qoparmaqla öldür." (Nəhcül-Bəlağə, məktub 31)

İmam Əli (ə) daha bir hədisdə buyurur: "Xeyir iş əhlini görmək qəlbləri abadlaşdırar." (Biharul-Ənvar, c. 77, səh. 208, hədis 1)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031