İmam Zaman ağanın (ə.f) Həzrət Zəhranı (s.ə) özü üçün ən üstün nümunə seçməsinin amilləri
Mьəllif: admin1
Tarix: 24-11-2024, 11:57
İmam Zaman ağanın (ə.f) Həzrət Zəhranı (s.ə) özü üçün ən üstün nümunə seçməsinin amilləri
İmam Zaman ağa (ə.f) buyurur: “Peyğəmbər (s) dünya qadınlarının sərvəri olan qızını onunla (Həzrət Əli (ə)) ilə nikahladı”.

Bəli, Həzrət Zəhra (s.ə) iki aləm qadınlarının sərvəridir. Əhli-təsənnün və Əhli-Beyt (ə) alimlərinin etirafına görə Qiyamətə qədər Həzrət Siddiqəyə (s.ə) tay olacaq heç kəs dünyaya gəlməyəcəkdir.

İmam Zaman ağa (ə.f) Allah Təalaya buyurur: “Sənə seçilmişlərin seçilmişi ilə yaxın olmağın axtarışındayam, nurların anası, bakirə Bətul, Fatimeyi-Zəhra (s.ə) ilə”.

Xanımın məqamı o qədər ucadır ki, hətta İmam Zaman (ə.f) kimi böyük şəxsiyyət onun vasitəsilə Allah Təalaya üz tutur və dua edir. Ona təvəssül edərək, Allahdan hacətini istəyir.

İmam Zaman ağa (ə.f) bu duasında Xanımın (s.ə) bir neçə xüsusiyyətinə işarə edir.

1. Ən üstün seçilmiş.

2. Hidayət nuru olan bütün İmamların (ə) anası.

3. O insan ki, hurileyn kimidir.

4. Bətul.

5. Nur saçan.

6. Cəhənnəm atəşindən uzaq olan.

İmam Zaman ağa (ə.f) başqa yerdə buyurur: “Peyğəmbərin (s) qızı (Fatimeyi-Zəhra (s.ə)) mənim üçün gözəl örnəkdir”.

Şeyx Tusi “Əl-Ğeybə” kitabında İbn Əbi Ğanəm Qəzvini ilə Əhli-Beyt (ə) camaatının mübahisəsini bəyan etmişdir. İbni Əbi Ğanəm Həzrət Həsən Əsgərinin (ə) canişini olduğuna inanmırdı. Ona görə də bir dəstə Əhli-Beyt (ə) davamçısı Həzrətə (ə.f) məktub yazır və onu bu mübahisədən xəbərdar edirlər.

Həzrət (ə.f) də məktubun cavabında Əhli-Beyt (ə) davamçılarının salamatlığına görə dua etdikdən sonra bir neçə mövzuya toxunur və buyurur: “Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (s.ə) bu məsələdə mənim üçün gözəl örnəkdir”.

İmamın (ə.f) bu sözü deməsinin üç ehtimalını zikr edirlər.

1. Həzrət Zəhra (s.ə) şərafətli ömrünün sonuna qədər heç bir zalım xəlifəyə beyət etmədi. Həzrət Məhdi (ə.f) də heç bir zalım sultana beyət etməmişdir.

2. Bu məktubun yazılmasının səbəblərindən biri də bu idi ki, bəzi Əhli-Beyt (ə) davamçıları İmam Zaman ağanın (ə.f) imamətliyini qəbul etmirdilər.

Ona görə də Həzrət (ə.f) buyurur: “Əgər bacarsaydım, elə edərdim ki, haqq sizə aşkar olardı. Belə ki, heç bir şəkkiniz qalmazdı. Ancaq mənim müqtədam Həzrət Zəhradır (s.ə). O, Həzrət Əlinin (ə) hökumət etməsinin ləğv olmasına baxmayaraq, xilafəti qaytarmaq üçün qeyri-adi heç bir şeydən istifadə etməmişdi. Mən də onun ardıcılıyam. Haqqımın həyata keçməsi üçün qeyri-adi yollardan keçmərəm”.

3. Həzrət (ə.f) bu məktubun cavabında buyurur: “Əgər sizin hidayətinizə bu qədər əlaqə və meylimiz olmasaydı, gördüyümüz zülmlərə görə siz insanlardan üz çevirərdik”.

İmam (ə.f) bu buyuruşunda demək istəyir ki, sizin Həzrət Zəhraya (s.ə) etdiyiniz zülmlərə baxmayaraq, o, sizin üçün dua etməkdən əl çəkməzdi. Sizləri həmişə özündən üstün bildi və dua edən zaman ilk sizin üçün dua etdi. Mən də onun kimi bu zülmlərə dözür və səbir edirəm. Sizin üçün dua etməkdən əl çəkmirəm.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031