Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
Mьəllif: admin1
Tarix: 4-10-2023, 10:12
Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
Qeyrət - Allahın biz insanlara verdiyi dəyərli nemətlərdəndir ki, hikmət üzündə fitrətimizə qoyulmuşdur. İnsan əgər bu nemətdən bəhrələnməzsə, böyük bir nemətdən bəhrələnməmiş olar.

İnsan gərək bu neməti dəyərli hesab etsin. Lakin bir şərtlə ki, yerində və lazım olan zamanı ondan istifadə edəsən.

Əgər yerli yerində istifadə etsən, səmərəsi də bol olar. Ancaq əgər yersiz istifadə olunarsa, ziyan gətirər. Qeyrət əgər qısqanclığa çevrilərsə, imanı yandırar.

Cavan ailələr gərək bu hissə malik olsunlar, ancaq yerində ondan istifadə etsinlər. Çünki əks halda qeyrət qısqanclığa çevrilər və onlara ziyan vurar.

Ancaq əksər cütlər qeyrət hissindən düzgün istifadə etməyi bilmədikləri üçün elə işlər görürlər ki, qarşı tərəfi təhrik edir. Müsbət hisslərini mənfi qısqanclıq hissinə çevirir. Bunun ardınca da düşmənçilik, həsəd və kin gəlir.

Əgər qadın və ya kişi, xüsusilə də əgər cavandırlarsa, naməhrəmlə danışan zaman zarafat edir və gülürlərsə, şübhəsiz ki, bu, həyat yoldaşında qeyrət hissini oyadacaqdır.

Belə bir yerdə qeyrət göstərmək həm ağlın və həm də dinin nəzərində düzgündür. Çünki həyat yoldaşı ailə hərəminin sərhədlərini sındırmış və onun əziyyət çəkməsinə səbəb olmuşdu.

Sübhan Allah Peyğəmbərin (s) həyat yoldaşlarına əmr edir ki, naməhrəmlə danışan zaman səs tellərinə nəzarət etsinlər, iffətli olsunlar. Məbada qarşı tərəfin qəlbində günah üçün zəminə yaranar.

“Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32).

Allah Təala Peyğəmbəri-Əkrəmə (s) belə əmr edir: “Mömin kişilərə de ki, gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu, onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. (“Nur” 30).

Bəzən həyat yoldaşı özü arvadı üçün naməhrəmlə ünsiyyət qurmağa şərait yaradır. Belə ki, ona kişilərin olduğu bir mühitdə işləməyə icazə verir. Ancaq sonralar bu qərarına görə əziyyət çəkir.

Həzrət İbrahimin (ə) hekayəsinə nəzər salan zaman görürük ki, Sara özü Həcərə İbrahimlə (ə) kəbin kəsməyə icazə verir. Ancaq sonralar İsmayil (ə) dünyaya gələndən sonra bu qərarından peşman olub, əziyyət çəkir.

Allah da İbrahimə (ə) əmr edir ki, Həcəri və oğlunu uzaq bir yerə aparsın. Allah buyurmur ki, Sara ilə mübarizə apar, bəlkə onun əziyyətini azaltmaq üçün bu yolu əmr edir. Əlbəttə də ki, bu işdə Həzrət İbrahimin (ə) heç bir təqsiri yox idi.

Ali Dini Rəhbər bu haqda belə buyurur: “Qısqanclıq və qeyrət bir-birini təhrik etməməlidir. Mən həmişə cavanlara tövsiyə edirəm ki, naməhrəmlə rabitə quran zaman həyat yoldaşlarının qısqanclıq etməsinə səbəb olacaq işlər görməsinlər.

Cavan qızlara da tövsiyə edirəm ki, naməhrəmlə görüşən zaman elə işlər görməsinlər ki, ərlərinin qeyrət hisslərini təhrik etsin. Bu həsəd bədbəxtlik gətirər. Məhəbbət köklərini sarsıdar. Kökündən yandırar”.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031