Axirəz-zaman ümməti və zühurdan əvvəlki fitnələr
Mьəllif: admin1
Tarix: 29-01-2024, 10:32
Axirəz-zaman ümməti və zühurdan əvvəlki fitnələr

Dəccal, İmam Məhdi (ə.f) inqilabından əvvəl zühur edəcəkdir. Mümkündür ki, Dəccal konkret bir şəxsə aid deyildir.

Belə ki, bir çox görkəmli alimlərin onun haqqında verdikləri xəbərdarlıqlara nəzər salsaq, görərik ki, Dəccal dinin təhrif edilməsində və insanların yolundan azdırılmasında səyləri olan insanlara aid edilir.

Həzrət Peyğəmbər (s) buyurur: "Nuhdan sonra hər bir peyğəmbər öz qövmünü Dəccalın fitnəsindən xəbərdar edirdi, mən də sizi xəbərdar edirəm”.

Təbiidir ki, keçmiş peyğəmbərlər dünyanın sonunda gələcək və onları minlərlə il fasiləsi olan fitnələrə görə xəbərdarlıq etmirdilər.

Bu, bütün İlahi peyğəmbərlərin (ə) dövründə olan fitnələrə aid edilir. Yəni, bu İlahi dinlərlə mübarizə edən bütün insanlara aid edilir.

Əzbəğ ibni Nəbatə deyir: "Həzrət Əmirəl-möminindən (ə) eşitmişəm ki, buyurur: "Qaimin (ə.f) qiyamından əvvəl fırıldaqla dolu illər olacaqdır. Bu illərdə düzdanışanlar yalançı kimi tanıdılacaqdır.

Yalançılar isə düzdanışanlar kimi. Bu illərdə "mahal” yaxınlıq edəcəkdir, "rubizə” danışacaqdır”. Əzbəğ deyir: "Soruşdum: "Mahal və rubizə nə deməkdir?”.

Buyurdu: "Məgər Quranı oxumusanmı ki, mahal dedikdə, hiyləgər insan nəzərdə tutulur. Hiyləsinə görə çox sayda insanı özünə tərəf cəlb edər””.

Ancaq rubizənin mənası bu hədisdə deyilməsə də Peyğəmbərdən (s) gələn başqa hədisdə bu söz işlədirilir. Yəni şəxsiyyətsiz bir insan nəzərdə tutulur ki, insanların işinə qarışır və danışır.

Əsl Dəccalın xüsusiyyətləri haqqında deyilir:

1. Dəccal qəribə bir insanın adıdır ki, qeyri-adi qüvvəyə malikdir. Ancaq bu ehtimal çox uzaq görünür.

2. Dəccal müəyyən bir insanın adı deyildir. Hər bir əsassız və puç fikirlərlə insanları aldadan hər kəs Dəccaldır. Hədislər də bu ehtimalı təsdiq edir.

Peyğəmbər (s) buyurur: "Övladlarımdan Məhdi (ə.f) qiyam etməyincə qiyamət bərpa olmayacaqdır. Məhdi (ə.f) də 60 yalançı çıxmayınca və hər biri deməyincə: "Mən peyğəmbərəm”, zühur etməyəcəkdir”.

Hədislərdə bu Dəccallar və yalançıların adı çəkilmişdir. Bəzi hədislərdə 12, bəzi hədislərdə 30 və bəzilərində 67 Dəccalın adı çəkilir.

Bu Dəccallar içərisində hansı Dəccal fitnə və fəsadına görə daha böyükdürsə, İmam Məhdi (ə.f) zühurunun və Qiyamətin nişanəsini göstərir.

Buna görə demək lazımdır ki, iki növ Dəccal vardır. Biri həmin həqiqi Dəccaldır ki, bütün Dəccallardan sonra gələr və o birisi yalançılardır ki, insanları yolundan azdırırlar.

HəzrətPeyğəmbər (s) buyurur: "Dəccalın çıxmasından əvvəl 70-dən çox Dəccal zühur edəcəkdir”.

Başqa yerdə buyurur: "Qiyamət bərpa olmamışdan qabaq Dəccal zühur edəcəkdir. Dəccaldan əvvəl isə 30 və ya çox yalançı olacaqdır”.

Həzrət (s) yenə buyurur: "Dəccal zühur etməmişdən əvvəl 60 hiyləgər olacaqdır”.

Bəli, bu hədislərdən görmək olur ki, Dəccal konkret bir şəxs deyildir. Bəlkə hər hoqqabaz və insanları aldadan Dəccaldır. Ancaq o kəsdə ki, bu xüsusiyyətlər daha çoxdur, o, zühurun nişanəsini göstərir.

Dəccal dastanı bu həqiqəti göstərir ki, hər bir inqilabın astanasında münafiq və fitnəkar insanlar keçmiş sünnətlərinə sadiq qalaraq, cahiliyyətin keçmiş ən-ənəsini yaşatmaq üçün bütün səylərini işə salırlar.

İnsanların fikri, ictimai hisslərindən sui-istifadə edərək, terrora və fitnəyə əl atırlar. Bu yolla insanları Məhdi (ə.f) hərəkatına qarşı soyudur və nəhayət şeytanın köməyi ilə onları yollarından azdırırlar.

Ona görə hər bir cəmiyyətdə Dəccal təhlükəsi vardır və bizim vəzifəmiz də ayıq olub, bu Dəccalların fitnələrinin qarşısını almaqdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031