Yas yerində gülməyə dair İmam Əlinin (ə) buyuruğu
Mьəllif: admin1
Tarix: 27-11-2024, 11:03
Yas yerində gülməyə dair İmam Əlinin (ə) buyuruğu


İmam Əli (ə) buyurur: “Heç vaxt sizdən qafil olmayan şeydən necə qafil olursunuz?”. İmam Əli (ə) bu ibrətli sözləri o zaman demişdir ki, mömin qardaşlarından birinin cənazə məclisində iştirak edirdi və bu zaman bir nəfərin uca səslə gülməyini eşidir.

İmam (ə) buyurur:“Sanki ölüm bu dünyada bizdən qeyrisinə yazılmışdır. Sanki haqq bizdən qeyrisinə vacib olmuşdur. Sanki gördüyümüz bu ölülər də müsafirdirlər və tezliklə bizə tərəf geri qayldacaqlar”.

Şübhəsiz, cənazə mərasimuində kiminsə yüksək səslə gülməyi onun qafil olduğundan xəbər verir. Ona görə də bu ayıq müəllim üç bənzətmə ilə qafilləri və xəbərsizləri ayıltmaq istədi.

Birinci bənzətmədə Həzrət (ə) buyurur ki, sanki ölüm başqalarına aid olan bir şeydir və sən cavidansan. Bir gün sənin də cənazəni götürüb, qəbiristanlığa gətirəcəklər. Həmin günü istəyərdinmi ki, dostların da sənin kimi gülsünlər?

İkinci bənzətmədə haqq dedikdə İlahi və vicdan vəzifələri və məsuliyyətləri nəzərdə tutulur ki, sanki o da başqalarına aiddir. Sən istisnasan, ya da bütün vacibatlarına əməl etmisən və ona görə də xoşhal və rahatsan.

Üçüncü bənzətmədə Həzrət (ə) buyurur ki, sanki ölü bir müsafirdir və tezliklə bizə tərəf qayıdacaqdır. Sanki o, bir neçə günlük getmişdir və sən də bu ayrılığa dözürsən və sonra da həmin insana qovuşursan.

Bəs bilmirsən ki, ölüm cavidandır və oradan qayıtmaq yoxdur?! Ancaq buna baxmayaraq, yenə də gülürsən?

Sonra Həzrət (ə) başqa bir ibrətli kəlam söyləyərək, buyurur: “Biz onları qəbiristanlığa qoyuruq və onların mirasını yeyirik, sanki onlardan sonra cavidan olacağıq”. Yəni insan yaddan çıxartmamalıdır ki, bu gün növbə dostuna gəlmişdirsə, sabahısı gün onun növbəsi ola bilər.

O zaman ki, yaxınlarımızın birinin cənazə məclisində iştirak edirik və “Fatihə” oxuyuruq, elə orada gərək fikirləşək ki, bir gün gələcək və sənin yaxınların sənin üçün toplaşıb, “Fatihə” surəsi oxuyacaqlar. Ona görə də elə bu gün həmin günü fikirləşək.

Bəzi insanlar vardır ki, onların yanında ölüm haqqında danışanda əsəbləşirlər və bu haqda danışılanlara qulaq asmaq istəmirlər. Qəbiristanlığın kənarından keçəndə isə üzlərini çevirib, keçirlər ki, qəbirləri görməsinlər.

Ancaq onlar bilmirlər ki, əgər biz ölümdən qafil olsaq da, ölüm bizdən heç vaxt qafil olmaz.

Həzrət Süleyman (ə) dünyada o qədər qüdrətə malik olduğu halda, Ölüm Mələyi ona möhlət verməmişdi ki, hətta otursun. Onun canını alır və Süleyman (ə) da əsasına söykənərək, ayaq üstə canını tapşırır.

O zamana qədər ki, taxtabiti onun əsasını yeyir və onun cansız bədəni yerə yıxılır, heç kim onun öldüyünü bilmir.

İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur:“Bu nəsihət sizin üçün kifayətdir ki, gördüyünüz ölüləri qəbirlərinə tərəf aparırlar, halbuki, özləri istəmirlər”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031