Qəlb daşlaşmasa, göz yaşı qurumaz. Qəlbi yumşaldan 5 vasitə
Mьəllif: admin1
Tarix: 22-04-2020, 19:15
Qəlb daşlaşmasa, göz yaşı qurumaz. Qəlbi yumşaldan 5 vasitə
"Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu”. ("Bəqərə” 74).

İmam Baqir (ə) buyurur: "Həqiqətən Allahın işgəncələri vardır ki, bəndələri ona giriftar olarlar. Həm bədənlə və həm də ruhla. Bədən işgəncəsi budur ki, həyat onun üçün çətin olar. Ruhi işgəncə odur ki, ibadətdə süst olar. Və heç bir bəndə qəsavət kimi şiddətli cəzaya düçar olmamışdır”.

Qədim zamanlardan deyirdilər ki, göz yaşı ürəyin tərcümanıdır. Gözlər dildən daha düz danışandır. Göz yaşları – ürək riqqətinin nişanəsidir. Göz yaşları və ruhun hal və havası, dua və ibadət mühüm bir şey istəyir və o da qəlb riqqətidir. Yəni, insan ürəyi yumşaq olmalıdır.

İmam Əli (ə) buyurur: "Göz yaşı qurumaz, məgər qəlbin daşlamasına görə”.

Əgər Allah eləməsin, qəlbimiz qəsavət bağlayıbsa, gərək onun müalicəsi ilə məşğul olaq. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Ey Əli! Beş şey vardır ki, qəlbə cila verər: alimlərlə oturub-durmaq, yetimin başına əl çəkmək, səhərlər çoxlu bağışlanma istəmək, gecəni oyaq qalmaq və az yatmaq, oruc tutmaq”.

Həmçinin Həzrət İmam Əliyə (ə) buyurur: "”Tövhid” surəsini oxumaq qəlbi nurani edər”.

Hədislərimiz buyurur ki, Seyyidi-şühədaya (ə) ağlamaq, mərci yemək, az yemək, alimlərlə oturub-durmaq insan qəlbini yumşaldar və qəsavəti aradan aparar.

Həzrət Peyğəmbər (s) buyurur: "Qəlblərin cilası – ölümü çox yada salmaqda və Quran oxumaqdadır”.

Həzrət Rəsuli-Əkrəm başqa yerdə buyurur: "Yoxsullara yemək vermək, yetimlərin qayğısına qalmaq – insan qəlbini yumşaldar”.

İmam Əli (ə) buyurur: "Qəlbini moizə ilə dirilt. Onu ölümü yada salaraq zəlil et və keçmişdə olanların xəbərlərini ona təqdim et”.

Qəlbimizin qayğısına qalaq. Onun qəsavət bağlamasına imkan verməyək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031