Mərhum Ayətullah Behcətin dilindən ibrətamiz əhvalatlar
Mьəllif: admin1
Tarix: 21-01-2023, 10:18
Mərhum Ayətullah Behcətin dilindən ibrətamiz əhvalatlar
Ayətullah Behcətin (r) dilindən bir neçə ibrətamiz əhvalatı oxuculara təqdim edir

Bismillahir rəhmanir rəhim

1. Bir gün Ayətullah Mirvaridin mənzilində olduğumuz vaxt Ayətullah Behcət buyurdu: "Rəşt şəhərinin xətiblərindən biri belə nəql edirdi: Minbərə qalxarkən əvvəl İmam Hüseynə (ə) salam verirəm.

Əgər salamımın cavabını versə, moizəmi davam edirəm. Amma cavab eşitməsəm, məclisdə olanlardan üzürxahlıq edib oranı tərk edirəm. Bir nəfər ondan (Ayətullah Mirvarid) bu məqama necə çatması barədə soruşanda, belə cavab verir: Bir dəfə bir məclisə moizə etmək üçün iki nəfər də'vət etmişdilər. Həmin iki nəfərdən biri də mən idim.

O biri şəxs məndən əvvəl minbərə çıxıb moizə etməyə başladı. Öz-özümə dedim: Gərək elə söhbət edəm ki, onun danışdıqları heç ola. Amma mən öz nəfsimlə mübarizə aparıb qırx gün minbərə çıxmadım. Əvəzində isə Allah-təala mənə bu kəraməti bəxş etdi.

2. Behcət buyurur: "Rəşt tacirlərindən biri Məşhəd sakini idi. Rəştdən Məşhədə gələn başqa bir tacir onun evində qalırdı. Bir gün ev sahibi pəncərəni açıb İmam Rzaya (ə) salam verəndə, qonağın yeniyetmə oğlu İmamın cavabını eşidir. Oğlan təəccüblə ev sahibinə deyir: Mən sizin salamınızın cavabını eşitdim. İmam sizin salamınıza cavab verir? Ev sahibi deyir: Bəli. Səndə onu eşitmək iste'dadı olduğu üçün İmamın cavabını eşitdin. Doğrusu İmam Rza (ə) hamının salamına cavab verir."

3. Behcət belə nəql edirdi: "Şeyx Əli Zahid olduqca imanlı və zahid bir şəxs idi. Çörəyini həmişə özü bişirərdi. Bir dəfə Kərbəla ziyarətinə gedən Şeyx Əli Zahid bir neçə gün orada qalmalı olur. Bir gün bir şəxs ona yaxınlaşıb çörək istəyir. Şeyx deyir: Əgər çörəyimi sizə versəm gərək tezliklə Kərbəlanı tərk edəm. (Çünki başqa çörəklərdən istifadə etməzdi.)"

4. Ayətullah Behcət buyurur: "Ayətullah Şərəbyani böyük alimlərdən biri idi. Soyuq qış günlərinin birində bir dilənçi ondan kömək istəyib, deyir: Əgər kömək etməsən acından öləcəyəm. Amma Şərəbyani onun dediklərinə əhəmiyyət vermir. Dilənçi mənzilinin qapısına qədər onun dalınca gəlir. Şərəbyani evə girib qapını bağlayır.

Onun fəqirə əhəmiyyət vermədiyinə görə evdəkilər də bir söz demir. Səhər dilənçinin qapının ağzında öldüyünü görürlər. Ayətullah Şərəbyani ona qüsl verməyi tapşırır. Paltarlarını çıxaranda, onun cibindən içi dolu pul kisəsi tapılır."

5. Bir nəfər Şeyx Cə'fər Şüştərinin yanına gedib deyir: Uşağımın gözləri kordur. Siz "Həmd" surəsini oxuyun, övladımın gözləri açılsın. Şeyx dedi: Atam olan yerdə mənim oxumağım yaxşı deyil. Get atamın yanına. Uşağı Şeyx Cə'fərin atasının yanına aparır.

O əlini uşağın gözləri üstünə qoyub Həmd surəsini oxuyur. Elə bu vaxt uşaq deyir: (Barmaqların arasından) Görürəm. O, Həmd surəsini oxuyub qurtaranda, uşaq artıq görürdü.

6. İsfahan alimlərindan Muniri rəhmətlik Mirzə Şiraziyə irad tutur və bu barədə məktub yazıb İsfahan alimlərindən də imza toplayır. Məktubu sahibinə (Mirzə Şirazi) çatdırmaq üçün Nəcəf-Əşrəfə yollanır.

Əvvəlcə mərhum Molla Fəthəli Sultanabadinin görüşünə gedir. Rəhmətlik Sultanabadi ona cibindəki məktubun məzmunundan xəbər verəndə çox təəccüblənir.

Özünü başqalarından üstün bilən bu şəxs təvazökarlıqla Molla Fəthəliyə deyir: Bizə bəhrələnmək üçün bir şey deyin. Sultanabadi buyurur: Siz özünüz böyük alimsiniz. O çox israr etdikdə, Molla deyir: Üç şeyə həmişə əməl et:

1. Ayın əvvəlinin xüsusi namazını qıl.

2. Hər gün "Aşura" ziyarətini oxu.

3. Hər axşam iki rəkət Vəhşət namazı qılıb kimsəsiz mö'min bacı-qardaşların ruhuna hədiyyə et."


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031