Əhdə vəfa etmək – dindar insanın nişanələrindəndir
Mьəllif: admin1
Tarix: 23-10-2020, 09:35
Əhdə vəfa etmək – dindar insanın nişanələrindəndir

Əhdə vəfa etmək o mövzulardandır ki, Allah yolçusu daima ona diqqət göstərməlidir. Əhdə vəfa etmək – imanın əlamətlərindən hesab edilmişdir.

Quranın nəzərinə görə, imanlı insan həmişə əhdinə vəfa edəndir. “Və o kəslər ki, özlərinin (xalqla və Yaradanla)əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 8).

Başqa yerdə Quran buyurur ki, əhdə vəfa etmək saleh insanların sifətlərindəndir. “Lakin həqiqi yaxşılıq əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir”. (“Bəqərə” 177).

Allah Təala Həzrət İsmayil (ə) haqqında danışan zaman buyurur: “Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi”. (“Məryəm” 54).

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, Allaha və cəza gününə imanı vardır, gərək verdiyi vədəsinə vəfa etsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, əhdinə vəfa etməz, onun dini olmaz”.

İmam Əli (ə) buyurur: “Əhdə vəfa etmək – dindar insanların nişanələrindəndir”.

İmam Sadiq (ə) buyurur: “Mömin möminin qardaşı, gözü və yol göstərəni kimidir. Ona xəyanət etməz və ona zülmü rəva görməz, onu aldatmaz, ona edə bilməyəcəyi şeyi vədə verməz”.

Həzrət Peyğəmbər münafiqin üç nişanəsini bizə tanıdır və buyurur: “Münafiqin nişanəsi üç şeydir: yalan danışmaq, əhdə vəfa etməmək, əmanətə xəyanət etmək”.

İctimai həyatda əhdə vəfa etmək – mühüm mövzulardandır. Çünki əgər ona riayət olunmazsa, ictimai rabitələr süstləşər və insanlar arasında nifaq yaranar.

İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, Allah ondan boyun qaçırtmağı heç kəsə icazə verməmişdir: əmanəti əda etmək – istər yaxşı əməl sahibi olsun, istərsə də pis.

Əhdə vəfa etmək – istər yaxşı əməl sahibi olsun, istərsə də pis. Ata və anaya yaxşılıq etmək – istər yaxşı əməl sahibi olsunlar, istərsə də pis əməl”.

Beləliklə deyə bilərik ki, əhdə vəfa etmək – imanın nişanəsindəndir və hər birimiz gərək ona diqqət göstərək və yerinə yetirək. Edə bilməyəcəyimiz işlərə görə heç kəsə söz verməyək.
(İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031