Bərzəx haradadır?
Mьəllif: admin1
Tarix: 12-07-2020, 23:15
Bərzəx haradadır?
Dünya aləmi insan bədəni kimi iki hissədən ibarətdir: dünya və bərzəxdən. Dünya maddi -zahiri aləmdir, bərzəx isə batini-misali aləmdir.

Dünya maddidir və hiss olunasıdır. İnsan bədəni ilə dünyanı hiss edə bilir. Öləndən sonra isə insanın bədəni və zahiri qəlibi gücsüzləşəndən sonra, bərzəx bədəni onun yerini alar. Çünki bu bədən həmin aləmə uyğun gəlir. Bərzəx aləmindəki hadisələri dərk etmə qabiliyyətinə malik olur.

Ona görə də bərzəx aləmi təbiət aləmi ilə sıx rabitədədir. Alimlərin nəzərinə görə bərzəx - bu dünyanın mələkut aləmidir.

Hədislərdə də bəzən dünya sözü bərzəx mənasında işlədilir. Əgər hədislərdə dünya bərzəx mənasını verərsə, məqsəd daxili və batini dünyadır deməkdir.

İmam Sadiqdən (ə) soruşurlar ki, Həzrət Adəm (ə) hansı behiştdə olmuşdur? Bərzəx behiştində, yoxsa axirət behiştində?.

Həzrət (ə) cavab verir: “Dünya behiştində. Çünki Adəmin behiştində günəş və ay var idi. Əgər axirət behiştində olsaydı, heç bir zaman oradan xaric edilməzdi”.

İmam Sadiq (ə) buyurur: “Şərq və Qərbdə heç bir mömin qalmaz, məgər o halda ki, Vadiyəs-səlama aparılmasın”.

Soruşurlar ki, ora haradır? Həzrət (ə) cavab verir: “Kufə şəhərinin arxasında. Möminlər orada halqa-halqa toplanar və bir-biri ilə söhbət edərlər”.


İmam Əli (ə) buyurur: “Yer üzündəki ən pis su Bərəhut vadisinin suyudur. Bərəhut elə bir yerdir ki, (Yəminin ətrafında) yerləşir. Bütün kafirlər (öləndən sonra) o yerdə toplaşarlar”.

İmam Sadiq (ə) buyurur: “Möminin ruhunu öləndən sonra Kövsər çayına tərəf apararlar. Mömin onun ətrafındakı bağlarda gəzər. Onun içəcəklərindən içər.

Ancaq (düşmənlərimiz) ölən zaman ruhlarını Bərəhut vadisinə tərəf apararlar. O vadidə Qiyamətə qədər işgəncə olunarlar. Onun zəqqumundan yeyərlər. Allaha pənah aparıram o vadinin ağır əzabından!”.



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031