Əhli-sünnə mənbələrində Qədir-Xum hədisi
Mьəllif: admin1
Tarix: 25-06-2024, 09:28
Əhli-sünnə mənbələrində Qədir-Xum hədisi

Höccətül-islam vəl-müslimin Məhəmməd Əli Qumi: Qədir-Xum hadisəsi müxtəlif prizmalardan araşdırıla bilər.

Onlardan da biri, xüsusən vəhhabilərin inkar etdikləri və hər yolla təhrif etməyə çalışdıqları bu tarixi hadisə və məhçur hədisinn sənədidir.

Əhli-sünət alimlərinin bu hadis ilə bağlı fikri necədir?

Qədir-Xum hadisə və hədisi Həzrət Əlinin (ə) imamaət və vilayətinin ən tutralı dəlilləridəndir.

Bu baxımdan vəhhabilərin kökü sayılan İbn Teymiyyə yazır: “Mən kimi mövlasıyamsa bu Əli də onun mövlasıdır” hədisi əhli – sünətin “səhihlər”ində mövcud deyildir. Bizim alimlərimiz onu nəql ediblər. Camaat onun düzgünlüyündə münaqişə edib. (“Minhacus- Sunnət”, c. 7, s. 319)

Bunun cavabında deməliyik ki, Termizi (məhşur sünnü alimi) həmin hədisi (“Mən kimi mövlasıyamsa bu Əli də onun mövlasıdır”) “Səhihlər” dən nəql edir və bu da onu düzgün və səhih olmağına bir dəlildir ( Səhihi- Termizi,c. 2, s. 288)

İbn Teymiyyə deyir ki “camaat onda münaqişə ediblər”, əgər münaqişə edən sünni- alimlərinin adlaını bilirdisə yazaydı, belə ümumi danışmayaydı.

Ibn Teymiyyənin davamçılarından olan Albani İbn Teymiyyənin bu sözünün düzgün saymır və yazır ki, o hədisləri zəif saymaqda və sıradan çıxarmaqda tələskənliyə yol verərdi. Onların sənəd və hədis təriq və silsilələrini araşdırmazdı. (“Silsilətul- əhadisus- səhihə”, hədis 1750)

Alusi öz təfsirində yazır: Bizm yanımızda sübuta yetib ki, Peyğəmbər (s) Qədir- Xumda Əlinin barasində buyurdu:

«من کنت مولاه فهذا علی مولاه»

“Mən kimi mövlasıyamsa bu Əli də onun mövlasıdır” (Ruhul- məani”, c. 6, s. 61)

Habelə, Hələbi Qədir-Xum hədisini nəql etdikdən sonar yazır: Bu səhih hədisdir. Səhih və həsən sənədlərə malikdir. Onu səhihliyi və düzgünlüyündə şəkk edən şəxsə etina edlməməlidir.

Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031