ƏQL QILINCI VƏ HELM LİBASI
İmam Əli (ə) buyurmuşdur: الْحِلْمُ غِطاءٌ ساتِرٌ، وَ الْعَقْلُ حُسامٌ قاطِعٌ، فَاسْتُرْ خَلَلَ خُلُقِكَ بِحِلْمِكَ، وَ قاتِلْ هَواكَ بِعَقْلِكَ؛ “Helm (səbir) (eyibləri) örtən pərdə, əql isə (pis işlərə əmr edən nəfsi) kəsən qılıncdır. Belə isə xasiyyətinin eyiblərini həlimliklə ört, nəfsini və şəhvətini əql ilə öldür.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 424.) ŞƏRH VƏ TƏFSİR Bütün varlıq aləmində iki zidd qüvvə bir yerdə toplanmışdır: hərəkətverici (mühərrikə) qüvvə və qoruyucu qüvvə, başqa sözlə, dafiə və cazibə qüvvəsi. Hər iki qüvvənin tarazlığı varlıq aləminin nizam-intizamını təmin edir. Səmalarda mövcud olan dafiə qüvvəsi günəş kürəsindəki planetlərin hərəkətinə səbəb olur. Cazibə qüvvəsi isə tarazlıq və mötədilliyi təmin edir. Bəşərin varlığında da bu iki qüvvə mövcuddur. Əsəb sisteminin bir qismi dafiə, bir qismi də cazibə qüvvəsinin rolunu ifa edir və hər iki qüvvə insanın bütün bədən üzvlərini tarazlaşdırır. “Simpatik” və “parasimpatik” əsəblər insan daxilindəki iki cazibə və dafiə qüvvəsindən ibarətdir. Peyğəmbərlər də öz dəvətlərində hər iki qüvvədən istifadə etmişlər. Quranın ifadəsi ilə desək, insanları həm müjdələmiş, həm də qorxutmuşlar; həm behişt vəd etmiş, həm də cəhənnəm odu ilə qorxutmuşlar. Müqəddəs şəriət qanunları da bu qanundan müstəsna deyil! İmanı zəif olanların qəlblərini cəzb etmək məqsədilə zəkatdan ayrılan pay və islami təşviqlər cazibə qüvvəsi, qisas, diyə və s. islami cəza tədbirləri isə dafiə qüvvəsindən ibarətdir. Ümumiyyətlə, kainat bu iki qüvvə əsasında tənzimlənmişdir. Qeyd etdiyimiz hədis də məhz bu həqiqəti aşılayır. Hədisdə deyilir: İnsan “əql” və “helm” adlı iki qüvvədən ibarətdir. Əqlin mühərrikə qüvvəsi iti qılınc tək hərəkətə səbəb olur. Qoruyucu qüvvə isə insanın əməllərini nəzarət altında saxlayır. Nəfsi istəkləri iti qılıncla əql üçün kəsib doğrayır və əxlaqi çatışmazlıqları helm və səbir qüvvəsi ilə ört-basdır edir. Hər iki qüvvənin tərkibindən layiqincə istifadə sağlam cəmiyyətin quruluşunu təmin edəcəkdir. Rza Şükürlü Oxşar xəbərlər
|