İmamın cəmiyyətdə rolu suyun həyatda əhəmiyyəti kimidir
Mьəllif: admin1
Tarix: 4-09-2015, 20:36
İmamın cəmiyyətdə rolu suyun həyatda əhəmiyyəti kimidir

Mülk surəsinin 30 - cu ayəsində buyurulur:
قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَاء مَّعِينٍ
De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!»

Mötəbər hədis kitablarında İmam Baqirdən (ə) belə nəql edilir: Bu ayə qiyam edəcək imam (Qaim) barəsində nazil olub. Buyurur ki, əgər sizin imam qeybə çəkilsə və onun harada olduğunu da bilməsəniz, kim sizə aşkar imam göndərəcək ki, göylərin və yerlərin xəbərlərini , Allahın halal və haramını sizilərə gətirsin və sizə desin? Sonra buyurdu: And olsun Allaha, bu ayənin açıqlaması və yozumu hələ üzə çıxmayıb, şübhəsiz üzə çıxacaqdır.

Quranda su bütün varlıqların mənşəyi sayılır, hər bir şey həyatını sudan alır. İmam Mehdi (ə.f) də bəşəriyyətin fikir və mənəvi həyatının mənşəyidir. İmamın cəmiyyətdə rolu suyun maddi həyatda əhəmiyyəti kimi önəmli və köklüdür.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031