Fərdi və ictimai abırı qorumaq vəzifəsi
Mьəllif: admin1
Tarix: 21-07-2022, 09:14
Fərdi və ictimai abırı qorumaq vəzifəsi
Abır, izzət və şərəf – Allahın insanın ixtiyarına qoyduğu dəyərli sərmayədir. İnsanın vəzifəsi budur ki, bu sərmayəsini qoruyub saxlasın.

Bu dünyada hərə bir şey ardıncadır. Biri özü üçün mal toplayır, biri vəzifə ardıncadır. Biri övladını ən böyük sərmayəsi hesab edir və biri də sağlamlığını. Bu insanları bir şey birləşdirə bilər – o da hər birinin öz böyük sərmayəsini qorumaq hissidir. Və bu sərmayə - abırlarıdır.

Abrın qorunması ikitərəfli olur: fərdi tərəf vardır ki, insanın özünə aiddir. Fərdi olmayan tərəfidir ki, insanlar bir-biri ilə münasibətdə onu qorumalıdırlar.

İnsanın abrını qoruması ilk addımda fərdidir. Hər bir insan öz rəftar və əməlinə diqqət etməli və abrını aradan aparacaq işlər görməməlidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Qanınızın, malınızın, abrınızın Qiyamətin bərpasına qədər hörməti vardır”.

Əgər hər kim deyilənlərdə qüsur işlədərsə, hörmətini aradan aparar.

Əgər ətrafımıza nəzər salsaq, elə insanları görərik ki, abırlarını bir qəpiyə satmağa hazırdırlar. Onlar özlərini tənbəlliyə vurub, ruzilərini qazanmaq üçün zəhmət çəkmirlər. Küçə və bazarlarda utanmadan insanlara əl açırlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim halal mal ardınca gedər, abrını zillət suallarından amanda saxlayar, ailəsini idarə edər, qonşusuna yardım edər – Allah dərgahında üzüağ və başıucadır. Üzü bütöv Ay kimi parlayar”.

Cəmiyyətin hər bir fərdinin abrını qorumaq – hər kəsin vəzifəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, (din) qardaşının qeybində onu müdafiə edər, Allaha vacibdir ki, onu cəhənəm atəşindən qorusun”.

İmam Sadiq (ə) buyurur: “Böyük Allah buyurur: “Hər kim mömin bəndəmi xar edər – Məni döyüşə çağırmış olar. Hər kim mömin bəndəmi böyük bilər – qəzəbimdən amanda qalar””.

Nəticədə deyə bilərik ki, bir insan üçün ən böyük sərmayə - abırıdır. Hər bir insan abrını qorumalıdır. Başqa biri tərəfdən isə cəmiyyətin üzvlərinin abrını qorumaq da onun vəzifəsidir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031