Quranın nəzərinə görə Həzrət Mikayilin (ə) məqamı
Mьəllif: admin1
Tarix: 28-02-2024, 12:02
Quranın nəzərinə görə Həzrət Mikayilin (ə) məqamı

“Kim Allah, Onun mələkləri, peyğəmbərləri, Cəbrail və Mikail ilə düşmən olsa (kafirdir və) şübhəsiz Allah da kafirlərə düşməndir.” (”Bəqərə” 98).

O zaman ki, Həzrət Peyğəmbər (s) Mədinəyə gəlir, Fədək yəhudilərinin alimi olan Abdullah ibni Suriya onun xidmətinə gəlir. Həzrətə (s) müxtəlif suallar verir. Onun nübuvvətinin nişanələrini axtarır.

Həzrət Peyğəmbərə (s) belə sual verir: “Ey Muhəmməd! Sənin yuxun necədir? Çünki bizə gələcək peyğəmbərin yuxusu haqqında xəbər verilib”.

Buyurur: “Gözüm yuxuya gedir, ancaq qəlbim oyaqdır”.

Deyirlər: “Düz deyirsən”.

Ondan sonra çox sayda sual soruşurlar və nəhayət yəhudi alim deyir: “Ey Muhəmməd! Bir sual qalıb, əgər ona da düz cavab versən, sənə iman gətirəcəyəm. Sənə nazil olan mələyin adı nədir?”.

Buyurdu: “Cəbrayil (ə)”. İbni Suriya deyir: “O, bizim düşmənimizdir. O, cihad və müharibəyə aid çətin əmrlər gətirir.

Ancaq Mikayil (ə) isə həmişə asan və sadə. Əgər sənin vəhy mələyin Mikayil (ə) olsaydı, sənə iman gətirərdim”.

“Mikayil (ə)” kəlməsi əbri dilində “ən yaxın mələk” deməkdir. Yəhudilər və xristianlar ona Mişel deyirdilər.

Mikayil (ə) ilk mələk olmuşdur ki, şeytanı Adəmə (ə) səcdə etməyə dəvət etmişdi. Cəbrayil (ə) və Mikayil (ə) Adəmə (ə) səcdə edən ilk mələklər olmuşdular.

Mikayil (ə) o mələklərdəndir ki, Peyğəmbərin (s) sinəsini meracdan əvvəl genişləndirmişdi. Bədr döyüşündə müsəlmanlara yardım etmişdi.

Bu mələk yer üzərində olan xəlqlərə ruzi bölüşdürür. Mühüm işlərdə Cəbrayil (ə) ilə bir yerdə iştirak edir.

Mikayil (ə) da Cəbrayil (ə) kimi Allahın dörd yaxın mələklərindən biridir.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031