İnsanın qəlb tutumu nə ilə müəyyən edilir? Qəlbi necə genişləndirmək olar?
Mьəllif: admin1
Tarix: 24-07-2018, 08:50
İnsanın qəlb tutumu nə ilə müəyyən edilir? Qəlbi necə genişləndirmək olar?

Bu dünyaya gələn hər bir insanın varlığına məxsus tutumu və qabı vardır. Tutum və qab dedikdə, insanın varlığına qoyulmuş maddi və mənəvi istedadlar nəzərdə tutulur. Bu qab və tutum – insanın qəlbidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Allah Təalanın yerdə qabları vardır ki, həmin qəlblərdir”.

İnsanların qabları bir-birindən fərqli olur. Bəzilərinin tutumu bir fincan qədərdir, bəzilərininki isə dəniz qədərdir. Bu fərqliliyin Allahın ədaləti ilə əlaqəsi yoxdur. Bu tutum, insanın üzərində olan vəzifələrin ağırlığını müəyyən edər.

İnsanın ölçüsü hər nə qədər çox olarsa, yaxşı iş görmək qabiliyyəti də bir o qədər çox olar. “Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri, yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur”. (“Ənam” 165).
Bəs Allah yanında ən sevimli qab hansıdır?

1. Daha möhkəm və daha səfalı. Əziz Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli qab odur ki, daha pak, daha incə və daha möhkəm olsun”. İncə qəlb odur ki, din qardaşlarına qarşı riqqətli olsun. Möhkəm qəlb odur ki, Allah yolunda haqqı desin və heç bir məzəmmət edəndən qorxmasın. Ən pak və səfalı qəlb odur ki, günahların çirkinliyindən pak olsun.

2. Daha geniş və daha həcmli. Əmirəl-möminin (ə) buyurur: “Ey Kumeyl! Bu ürəklər qablardır ki, onların ən yaxşısı - daha geniş və daha həcmli olanıdır”.
Bəs haradan bilək ki, qəlbimizin həcmi necədir?

Hədislərimiz buyurur ki, bunu iki yolla müəyyən etmək olar.

1. Ürəyin fikri və etiqadi şübhələrlə vuruşu. İmam Həsən (ə) buyurur: “Ən sağlam qəlb odur ki, şübhə çirkinliyindən pak olsun”. Əgər insan Allahın varlığına, sifətlərinə, peyğəmbərlərinə (ə) görə şübhə duyarsa? bu şübhələr qəlbini qəlizləşdirər və insan İlahi feyzi dərk etməkdən məhrum olar.

2. Ürəyin günah və şəhvətlə vuruşu. Həzrət İsadan (ə) nəql edilir ki, buyurub: “Ürəklər o zamana qədər ki, şəhvət onu parçalamamış, hərislik və tamah onu çirkləndirməmiş, nemətlər onu sərtləşdirməmişdirsə hikmət qabı olacaqdır”.

O kəsin ki, ürəyində təkəbbür olar, ya başqalarına həsəd aparar və ya kinə səbəb olar və bütün hədəfi dünya olarsa, nuranilikdən və İlahi rəhmətdən məhrum olar.

Bəs nə edək ki, ürəyimiz geniş olsun?

Əgər bacardığımız qədər ürəyimizi fikri və etiqadi şübhələrdən təmizləyə bilsək və Allaha təvəkkül edib, Məsumlara (ə) təvəssül etsək, günah və şəhvətdən uzaq ola bilsək ürəyimizin həcmini genişləndirə bilərik.

İnsan əgər tənbəllik edərsə və qəflət edərsə, ürəyinin tutumu bir fincan qədər qalar və Qiyamət günü ona deyərlər ki, niyə qəlbinin həcmini genişləndirməmişdir?!


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031