İmam Əli (ə) Dəccalın meydana çıxmasının əlamətləri barədə
Mьəllif: admin1
Tarix: 2-05-2022, 11:36
İmam Əli (ə) Dəccalın meydana çıxmasının əlamətləri barədə
Bir gün Əmirəl-möminin (ə) böyük bir insan kütləsi qarşısında çıxış edirdi. İnsanlara xitab edərək buyurdu: "Ey insanlar! Sizin aranızdan köçməzdən əvvəl və məni əldən verməzdən əvvəl nə istəyirsinizsə, soruşun”.

İnsanların arasından Səsəh ibni Suhan adlı bir nəfər ayağa qalxır və sual verir: "Ey Əmirəl-möminin! Dəccal nə zaman zühur edəcəkdir?”.

İmam Əli (ə) cavabında buyurur: "Dəccalın zühurundan əvvəl bəzi əlamətlər vardır ki, biri o birisindən sonra zahir olacaqdır. O cümlədən:

İnsanlar namaza qarşı diqqətsiz olacaqlar, şəxsi işlərini ön plana atacaqlar.

Əmanətə qarşı laqeyd olacaq və səhlənkarlıq edəcəklər.

Yalanı və yalan danışmağı halal edərlər.

Sələm yemək yayılar və adi olar.

İnsanlar möhkəm və təmtəraqlı evlər tikərlər.

Din və əhkamı dünya və mal-dövlətə dəyişərlər.

Səfeh və ağılsız insanlar cəmiyyətin işlərini yerinə yetirmək üçün seçilərlər.

Qadınlar müxtəlif məsələlərdə rəy verərlər və qohumlarla sileyi-rəhm qət olar.

Nəfsani istəklərin ardınca gedilər.

Qan tökmək adi və sadə olar.

Mülayimlik və səbirlilik qəbahət sayılar.

Hakimlər və rəhbərlər fasiq insanlar olarlar.

Cəmiyyətin işini görənlər zalım və (İlahi) qorxusuz insanlar olarlar.

Ariflər dinə qarşı xain olar və qarilər Quranı gəlir qazanmaq və özünü göstərmək vasitəsi qərar verərlər.

Haqsız yerə şəhadət vermək yayılar.

Töhmət vurmaq və günaha batmaq adi olar.

Quranı gözəl yazarlar və gözəl oxuyarlar. (Onun mənasına diqqət etməz və əməl etməzlər).

Ürəklər bir-birindən ayrılar və müxalif olarlar.

Əhd və vəfanın əhəmiyyəti olmaz.

Qadınlar kişilərlə iqtisadi və ticarət işlərində ortaqlıq edərlər.

Fasid insanlara hörmət olunar, yalançılar təsdiq olunar.

Hər kəs başqasına qarşı bədbin və şəkkli olar.

Bir-birini təhqir etmək cəsarətinə malik olarlar.

Qadınlar atlara, ikitəkərliyə minərlər.

Qiyafə cəhətdən qadınlar və kişilər bir-birinə bənzəyərlər.

Hər hadisə haqqında danışarlar, halbuki həqiqətdən xəbərdar olmazlar və ya haqqın kimdə olduğunu bilməzlər.

İnsanlar əhkam və dini məsələləri din üçün öyrənməzlər, bəlkə dünya və gəlir qazanmaq üçün öyrənərlər.

Onlar dünyanı dəyərli və böyük hesab edərlər. Ancaq axirəti dəyərsiz hesab edərlər.

Canavar sifətlilər əyinlərinə qoyun paltarı geyinərlər. Ancaq ürəkləri və batinləri fasiddir.

Belə bir zamanda hər bir mömin pənah yeri axtarar. Bu zamanda da Dəccal zühur edər. Sağ gözü olmaz və sol gözü də alnında səhər ulduzu kimi parıldayar.

O, ağ rəngli uzunqulağa minər və Şama tərəf hərəkət edər. Onun bütün davamçıları haramzadələrdir və Bəyda adlı yerdə yerə batarlar. Sonra İmam Zaman (ə.f) zühur edər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031