Yaxşı əməl sahibi olmaq üçün nə etməli?
Mьəllif: admin1
Tarix: 24-07-2020, 11:07
Yaxşı əməl sahibi olmaq üçün nə etməli?
Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: “Bəxşiş və yaxşılıq əhlinə çatmayan zaman zay və xarab olur?”.

Həzrət (ə) buyurur: “Xeyr, belə deyildir. Bəxşiş – yağış kimidir, yaxşıya və pisə çatar”.

Yaxşı əməl sahibi olmaq üçün nə edək?

1. Minnəti tərk etmək. İmam Əli (ə) buyurur: “Yaxşı işin meyarı - minnət qoymağı onun vasitəsilə tərk etməkdir”. (Hər nə qədər minnətsiz olarsa, daha yaxşıdır).

2. Tez yerinə yetirmək, kiçik hesab etmək, gizlətmək. İmam Sadiq (ə) buyurur: “Yaxşı iş bu üç şey olmadan kamil olmaz: onu tez yerinə yetirmək, onu kiçik hesab etmək, onu gizlətmək.

Nə zaman yaxşı işi tez yerinə yetirsən - onu şirin edərsən. Nə zaman onu kiçik hesab etsən - böyütmüş olarsan. Nə zaman gizlətsən - onu kamil etmiş, sona çatdırmış olarsan”.


Yaxşı işlərin qoyduğu təsirlər.

1. İnsanı günahdan saxlayar. İmam Əli (ə) buyurur: “Yaxşı işlər insanı büdrəmələrdən saxlayar”.

2. Pis ölümdən amanda qalmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşı əməl sahibi pis ölümü özündən dəf edər”.

3. Qiyamət azuqəsi. İmam Əli (ə) buyurur: “Yaxşı işlər görün. Çünki yaxşı iş – axirət üçün ən yaxşı azuqədir”.

4. Ürəkləri cəzb edər. İmam Əli (ə) buyurur: “Hər kim yaxşılığını hədiyyə edər (yaxşılıq edər), ürəklər ona tərəf meyl edər”.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031