“Əsas odur ki, ürəyin təmiz olsun” deyənlərə cavab
Mьəllif: admin1
Tarix: 27-05-2020, 16:51
“Əsas odur ki, ürəyin təmiz olsun” deyənlərə cavab
Bu hallara çox rast gəlmişik ki, deyirlər: “Ürəyin Allahla olsun, ürəyin təmiz olsun - əsas budur. İbadət etmək mühüm deyil”.

Əslində bu, Allaha nisbət verilən şeytanın yalanıdır. Dəhşətlisi budur ki, Allahı, Peyğəmbəri (s) və Kitabı faktiki olaraq, inkar etmək deməkdir.

Çox görüb və çox eşitmişik ki, deyirlər: “Mühüm olan Allahla rabitə qurmaqdır və mən özüm yaxşı bilirəm ki, Onunla necə rabitə qurum. Mən bu rabitədədən çox razıyam”.

Amma bu, nəfsin ibadətidir, Allahın deyil.

Allah bəndəliyi və ibadəti - yalnız və yalnız Onun əmrlərinə itaət etməklə olar. Nəinki nəfsinə itaət etməklə. İbadət - Sirat yolunu getmək və Uca Allahın buyurduqlarına əməl etməkdir, nəinki insanın özü üçün qoyduğu yola.

Allah-taala müəyyən edir ki, biz Onunla necə rabitə quraq. Bizim kamala çatmağımız hansı yolla mümkündür. Nəinki O, bizi xəlq etsin və biz də özümüzdən rübubiyyət edək.

Ona görə də hər kim bu iddiada olsa, onun etdiyi iş - ibadət və itaət deyildir. Çünki ibadətdə əsl meyar itaətdir, nəinki özündən rəy vermək.

Bir çoxları özlərini yuxuda xoşbəxt hiss edirlər. Lakin yuxudan ayılan zaman görürlər ki, vəziyyət heç də belə deyildir. Bədbəxtin də bədbəxti imiş. Lakin artıq gec olur və geriyə dönüş olmaz.

İman odur ki, insan ürəyində etiqad bəsləsin və dilində, əməlində onu yerinə yetirsin. İmanın dəyəri o zaman aydın olur ki, insan saleh əməl edər və rəftarı Allah bəyənən kimi olar.

Lakin bəziləri dinə əməl etməkdən boyun qaçırdır və “ürəyinin təmiz olmasını” Allah qarşısında ən mühüm meyar hesab edir.

“Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin (s) məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu, (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir”. (“Nisa” 59).

İmam Əli (ə) buyurur: “İman və saleh əməl - iki qardaşdırlar ki, daima bir-birinin yanındadırlar. Bir-birindən ayrılmayan iki dostdurlar. Onlardan biri, o biri olmadan qəbul olmaz”.

Ona görə də bəzilərinin ürəyinin təmiz olması bəhanəsi ilə dinə əməl etməkdən boyun qaçırtması ubudiyyət hesab olunmaz.

Ürəyini təmiz hesab edib, əməl etməyənlərə bəzi tövsiyələr:

1. Bizim üçün təmiz ürək - o ürəkdir ki, niyyəti Allahla olsun. Ürəyin sahibi bir işi yerinə yetirən zaman ancaq Allahın razılığını nəzərə alsın. Onun buyurduqlarına əməl etsin, özünün düz sandıqlarına deyil.

2. Əgər insanın ürəyi həqiqətən təmizdirsə, gərək Allahın istəklərinin ardınca olsun, nəfsinin deyil. Çünki təmiz ürək ancaq Allahın mütisi olar. O ürək ki, ancaq nəfsinə quluq edər və Allahın rəhmətindən özünü uzaqlaşdırar necə pak və təmiz ola bilər ki?

3. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) bizi saleh əməl etməyə dəvət edirlər. Bu insanların ürəyini təmiz hesab edirlər. Lakin özləri hamıdan daha çox dediklərinə əməl edirlər. Bu əməlləri saleh əməl hesab edirlər.

4. Hər bir iddianın əlamət və nişanəsi olmalıdır. Təmiz ürəyin ən mühüm nişanəsi isə saleh əməl yerinə yetirməkdir. Məgər bu mümkündür ki, insanın ürəyi təmiz olsun, lakin özü çirkin əməl görsün? Hər kəsin zahiri batininin nişanəsidir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031