İmam Əlinin (ə) Allah xofu, təvazökarlığı, genişqəlbliliyi, səxavəti, pəhrizkarlığı, moizəvi davranışları...
Mьəllif: admin1
Tarix: 29-04-2015, 18:17
İmam Əlinin (ə) Allah xofu, təvazökarlığı, genişqəlbliliyi, səxavəti, pəhrizkarlığı, moizəvi davranışları...

Cəməl döyüşü bitən zaman Təlhənin oğlunu Həzrət Əlinin (ə) yanına gətirdilər. Həzrət (ə) ona buyurdu: “Üç dəfə de: “Əstəğfirullahə və ətubu iləyh”. Sonra onu azad edib buyurdu: “Hara istəyirsənsə, get və ordunun silahlarından hər nə tapsan, götür. Gələcək həyatında Allahdan çəkin və evində əyləş”. (Erfan)
Zazan nəql edir: “Mən Qənbərlə bir yerdə Əlinin (ə) xidmətinə gəlmişdim. Qənbər Əmirəlmömininə (ə) müraciətlə qalxmasını xahiş etdi və dedi: “Mən sizin üçün bir şeyi gizlətmişəm”. Həzrət (ə) buyurdu: “Nədir?”. Dedi: “Mənimlə ayağa qalxın lütfən”. İmam Əli (ə) qalxdı və onunla o biri otağa keçdi. Orada kisələr gördü ki, qızıl və gümüş qablarla dolu idi. Qənbər dedi: “Ey Əmirəl-möminin! Siz bütün malınızı paylayırsınız. Heç bir şey saxlamırsınız. Mən də bunları sizin üçün saxlamışam”. Həzrət Əli (ə) buyurdu: “Siz istəyirsiniz ki, mənim evimə çoxlu atəş daxil edəsiniz?”. Bu zaman qılıncını çəkdi və qabların üzərinə vurdu. Bəzilərini iki yerə və bəzilərini də üç yerə böldü. Sonra buyurdu: “Bunların hamısını paylayın. Ey, sarılar və ağlar! Məndən qeyrisini aldadın!””.
İmam Əli (ə) atın üzərində idi və tərəfdaşları onu görüb arxasınca gəlirdilər. İmam (ə) onlara üzünü çevirib buyurdu: “İstəyimiz vardırmı?”. Dedilər: Yox, “Əmirəl-möminin! Səninlə gəlməyə müştaqıq”. Həzrət (ə) buyurdu: “Qayıdın. Piyada olanların minikdə olanla bir yerdə getməsi atlı üçün fəsada səbəb olar və piyada üçün zillət və xarlığa gətirib çıxardar”.
Bir dəfə Əmirəl-möminin (ə) bazarda tək yol gedirdi. Yolunu azmışa yol göstərdi, gücsüzə yardım edirdi, dükan sahiblərinin yanından keçəndə isə Quran açıb, bu ayəni oxuyurdu: “Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur” (“Qəsəs” 83).
İmam (ə) bir gün bir qadını görür ki, çiyninə su meşkini alıbdır. Meşkini qadından aldı və qadından gedəcəyi yolu soruşdu. Qadın yolu göstərdi və İmam (ə) qadının vəziyyətindən ona sual verdi. Qadın dedi: “Əli ibni Əbutalib (ə) ərimi sərhədlərə göndərmişdi və orada ölübdür. Mənim üçün yetim uşaqları qoyub getdi. Mənim onları dolandırmaq üçün heç bir şeyim yoxdur. Ona görə də insanların ehtiyacını aradan qaldırmaq üçün iş görürəm”. İmam (ə) evinə qayıtdı və gecəni çox narahat halda başa vurdu. Səhər olan kimi zənbili yeməklə doldurub, həmin evə yollandı. Səhabələri İmama (ə) dedilər: “Onu bizə verin, biz gətirək”. Buyurdu: “Qiyamət günü kim mənim yerimə ağır yükü aparacaqdır?!”.
Həmin qadının evinin qapısına gəldi və qapını döydü. Qadın soruşdu ki, kimsən? Həzrət (ə) buyurdu: “Həmin bəndədir ki, su meşkini sizin üçün çiyninə almışdır. Qapını aç ki, uşaqların üçün bir şey gətirmişəm”. Qadın dedi: “Allah səndən razı olsun, mənimlə Əli (ə) arasında mühakimə etsin”. Həzrət (ə) daxil oldu və buyurdu: “İlahi savab qazanmaq istəyirəm. Xəmir düzəltmək, çörək bişirmək və uşaqlarla oynamaq arasından birini seç”. Qadın deyir: “Mən çörək bişirməyə daha agaham. Bu sən və bu da uşaqlar. Onlarla oyna ki, mən də çörəyi rahat bişirim”. İmam Əli (ə) gedib ət gətirdi və onu bişirdi və sonra öz əlləri ilə onu uşaqlara yedizdirməyə başladı. Hər dəfə onlara bir şey verəndə deyirdi: “Övladlarım! Əlini (ə) sizlərə baş verənə görə halal edin”. Undan xəmir yoğuran zaman qadın dedi: “Ey Allah bəndəsi! Təndiri yandır”. İmam (ə) təndiri yandırır və üzünü atəşə yaxınlaşdırır və deyir: “Ey Əli! Dad! Bu, o kəsin mükafatıdır ki, dul qadınların və yetimlərin haqqını kənara qoymuşdur”. Birdən qonşu qadınlarından biri Əlini (ə) görür və onu tanıyır. Uşaqların anasına deyir: “Vay olsun sənə! Bu, Əmirəl-möminindir (ə)!”. Qadın İmama (ə) tərəf gəldi və dedi: “Sizə görə xəcalət çəkirəm, ey Əmirəl-möminin!”. Həzrət (ə) buyurdu: “Mən sizə görə xəcalətliyəm, ey Allahın kənizi ki, sənə görə səhlənkarlıq etmişəm”.
Bax, İmamımız (ə) bu qədər təvazökar və Allahdan qorxan idi...

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031