İnsan niyə ölümdən qorxur?
Mьəllif: admin1
Tarix: 3-12-2019, 13:19
İnsan niyə ölümdən qorxur?

Ölüm qorxusunun müxtəlif səbəbləri vardır. Bir baxışla insanları üç hissəyə bölmək olar: naqislərə, mötədillərə və kamillərə.

Naqis insanlarda ölüm qorxusu belə olur ki, insan fitrətən cavidanlığa meyl etdiyi üçün yoxluqdan nifrət edər. Ölümü yox olmaq kimi qəbul etdiyindən ölümə nifrət edərlər.

Allah buyurur: “Bizim ölüb-dirildiyimiz (bir dəstənin ölüb, digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik”. (“Muminun” 37).

Mötədillərin axirət aləminə imanları kamil deyildir. Axirətdən qafil olmaq və dünya həyatına diqqət etməkləri onları ölümdən qorxudur.

İmam Sadiq (ə) buyurur: “Bir gün bir nəfər Əbuzərin yanına gəlir və deyir: “Bizim niyə ölümdən kərahətimiz var?” Əbuzər cavab verir: “Ona görə ki, siz dünyanızı abad etmisiniz, axirətinizi isə xarab. Ona görə abadlıqdan xarabaya girməyə qorxursunuz””.

Bu qəflətin kökü nəfsani istəklərin ardınca getmək, Allahla müxalifətlik etmək və uzun arzulardır. İnsan bu həyatda iki şeydən daha çox qorxmalıdır: havayi-nəfsinin ardınca getməkdən və uzun arzulardan.

Mötədillər o qədər ölümdən qafildirlər ki, İmam Əlinin (ə) sözləri ilə desək sanki dünyadakı ölüm ancaq başqalarına aiddir, ona deyil. Ölənlər də sanki qısa bir müddət gedib qayıdacaqlar, müsafirlərdir. Onları qəbirlərinə qoyur və miraslarını yeyirlər. Sanki özləri bu dünyada cavidan qalacaqlar.

Ancaq üçüncü qrup kamil insanlardır, yəni həqiqi möminlər. Bu insanlar ölümdən deyil, Allahın əzəmətindən və izzətindən qorxarlar. Onların qorxusu maddiyyatçıların qorxusu kimi deyildir.

Allah İlahi övliyaların qəlbində təcəlli edər, şövqə düşərlər. İki sevən insan uzun zaman bir-birindən ayrılandan sonra görüşmək istəyəndə necə həyəcanlanırlar, bu şövq də o cürdür. Bütün bədənini iztirab və qorxu, həyəcan bürüyər.

Allahın aşiqləri Allah ilə görüşən zaman həyəcanlanar və dəhşətə gələrlər. Çünki uzun müddət gözlədiyi Məşuquna qovuşmuşdur.

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mulk” 2).

Onların nəzərində ölüm - böyük İlahi imtahandır. Qorxar ki, bu imtahandan yaxşı qiymət almayacaqdır. Həqiqətən kamil insanların imtahanı çox ağır olur. Hətta onun dərki belə, bizim üçün çətindir.

Bu deyilənlərdən belə nəticə çıxartmaq olur ki, hər bir insanın ölüm qorxusu fərqli olur. Əgər ölüm qorxusu qəflətə görə olarsa, ağılsızcasına bir qorxu olar.

Gərək onun amilini aradan qaldırsın ki, bu da dünya sevgisidir. Ancaq əgər bu qorxu Allahın əzəmətinə görə olarsa, müsbət bir qorxudur və eşqdən irəli gəlir.

1. Ölümə olan qorxumuzu aradan qaldırmaq üçün ölümü düşünməliyik, xəlvətdə düşünməliyik. Ölüm əməl evindən savab evinə keçid körpüsüdür.

İnsan həmçinin əgər düşünsə ki, tez və fani olan bu dünya üçün xəlq edilməmişdir, o zaman ölüm qorxusu bir qədər azalar. İnsan əbədi dünya üçün xəlq edilmişdir, ölüm də bu həyata keçiddir.

2. Qəbirləri ziyarət etmək və xüsusilə də dağılmış qəbirlərə diqqət edək. İnsan əgər düşünsə ki, bir gün yaşayırdı, ancaq artıq bir torpağa çevrilmişdir, onu artıq heç kim xatırlamır, qarışqaların yeminə çevrilmişdir, ölüm qorxusu azalar.

3. Cənazə mərasimlərində iştirak etmək və bunu xatırlamaq ki, bizim də bir gün belə bir günümüz gəlib çatacaqdır, rəftar və əməllərimizi dəyişdirməyə bizə yardım edər.

4. Ölümə və Qiyamətə aid ayələri oxumaq və onun haqqında düşünmək də insanda olan ölüm qorxusunu azaldar.

5. Ölüm yoxluq və məhv olmaq demək deyildir. Bəlkə böyük bir aləmə bir pəncərədir. Allah bizi ölüm vasitəsilə imtahan dünyasından haqq-hesab aləminə gətirər.

O kəs ki, dünyada imanla yaşamış və saleh əməl görmüşdür, qəbri cənnət məkan olar, əgər dünyasını imansız və pis əxlaqla başa vurubsa, bu zaman əbədi cəhənnəm olar. Əlbəttə insan qəbirləri zahirdə bir-birinə bənzəsələr də, batinləri fərqlidir. Ya behiştdir, ya da cəhənnəm.

O kəs ki, saleh əməl sahibidir, ölümü onun üçün müjdə olar. Çünki ölümü onu əbədi səadətə çatdırar. Ancaq pis əxlaq sahibi isə elə bu dünyada cəhənnəmdə olar. Ancaq dünya malına məst olduğu üçün bunu dərk etməzlər. Ölüm mələyi gələn zaman huşa gələr və həqiqətləri dərk edərlər.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031