Fatimeyi Zəhranın (s.ə) adları
Mьəllif: admin1
Tarix: 19-11-2024, 11:00
Fatimeyi Zəhranın (s.ə) adları
Adətən adlar onun Sahiblərinin necəliyini bəyan edir. Əlbətdə əgər bu adqoyma hikməti bir şəxs vasitəsi ilə həyata keçsə. Hədislərdən məlum olurki, Fatimənin adını Allah Taala özü qoymuşdur.

Peyğəmbər (s) bu barədə buyurur: "Ona Fatimə adı ona görə qoyulub ki, Allah Taala o və onun dostlarını və onu sevənləri cəhənnəm atəşindən saxlayır".

Bu ifadədən belə başa düşülür ki, Fatimənin Fatimə adlanması Allah tərəfindən olmuşdur və məması budurki, o, onu sevənlər və onun yolu ilə gedənlər heç vaxt cəhənnəmə daxil olmazlar.

Yunis ibn Zəbyan İmam Sadiqdən (ə) rəvayət edir: "Fatimənin (s.ə) Allah dərgahında doqquz adı vardır" Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, mühəddəsə, Zəhra" sonra buyurdu: Fatimə adının mənasını bilirsənmi?" Ərz etdim ki, ey mənim ağam, onun mənasını mənə başa sal!

Buyurdu: "Futimət minəş-şər"-yəni hər cür pislikdən ayrılmış (və ya seçilmiş. Təmizlənmiş.)

Sonra buyurdu: Əgər möminlər ağası Əli (ə) olmasaydı, Fatimə (s.ə) üçün Adəmdən tutmuş qiyamətə qədər yer üzündə həyat yoldaşı tapılmazdı".

Peyğəmbər (s) –ın Fatiməyə (s.ə) olan məhəbbəti

Peyğəmbər (s) buyurmuşdur: "hər zaman behişti arzulasam, Fatimənin (s. ə) boğazından öpürəm. Peyğəmbərin, (s) məhbubu kişilərdən Əlidir (ə) qadınlardan Fatimə (s.ə)

Peyğəmbər (s) buyurmuşdur: "Fatimə bədənimin parəsidir kim onu sevindirsə məni sevindirib, kim ona pislik etsə, mənə pislik etmişdir".

Hədisdə deyilir: Peyğəmbər (s) Fatiməni (s.ə) elə istəyirdi ki, hər zaman səfərə getsəydi, vidalaşdığı axırıncı şəxs Fatimə (s.ə) olardı, eyni zamanda səfərdən qayıtdıqda, ilk görüşdüyü şəxs yenə Fatimə (s.ə) olardı.

Peyğəmbərin (ə) Fatiməyə (s.ə) olan sonsuz məhəbbətini ifadə etdirən "ey atasının sevimlisi"– kimi kəlamlarını misal göstərmək olar.

Qeyd etməliyik ki, Allaha daha yaxın olan insanlar öz övladlarını,yaxın qohumlarını, əqrabalarını və dostlarını nəfsani duyğular üzündən sevməmişlər.

Belə şəxsiyyətlərin məhəbbəti ixlas üzündən, habelə Allaha görə olmuşdur. Allahdan digərlərinə olan sevgiləri isə elə yenədə Allahın özünə görə qayıdır və ona xatir olur.

Fatimənin (s.ə) behiştdəki məqamı

Furat İbn İbrahimin təfsirində nəql olunur ki, Əli (ə) Buyurdu: "Bir gün Peyğəmbər (s) Fatimənin (s.ə) yanına gəldikdə, xanımın kədərli olduğunu hiss etdi.

Həzrət (s) bir az qiyamət günü barədə danışıb bu yerə yetişdi,: "Ey Fatimə, sən cənnət qapısına yetişən zaman o vaxtda qədər heç bir kəslə görüşməyən və səndən sonrada görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar.

Onların əlində nurdan düzəldilmiş silah olar. Onlar nurdan sarı qızıldan və qırmızı yaqutdan, yüyəni isə təzə mirvaridən olar. Hər dəvənin üstündədə sıx - sıx düzülmüş parlaq incilərlə bəzədilmiş "sundus" süfrəsi açılar. Behiştə daxil olan zaman cənnət əhli sənin qədəmlərindən şad-xürrəm olarlar.

Sənin tərəfdarların üçün nurdan ibarət kürsü üzərində xususi süfrə hazırlayarlar. Başqaları hələ hesab- kitab verən zaman onlar yeməklərdən meyl edərlər.

Sənin tərəfdarların üçün istədikləri şey həmişə və elə həmin dəqiqə hazır olar. Allah, övliyaları cənnətə yerləşdirən zaman Həzrət Adəm (ə), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər.

Fatimeyi Zəhranin (s.ə) ibadəti

İmam Həsən (ə) Buyurur: Cümə "gecəsində anamı mehrabda ibadət edən gördüm. O uzun zaman ruku və səcdə halında qaldı. Sübh çağı yetişdikdə mömin və möminələrin adını bir- bir çəkərək onlara dua etdi.

Lakin, özü üçün heç dua etmədi. Soruşdumki, anacan, başqaları kimi özün üçün niyə dua etmədin? Anam: "Oğlum, əvvəl qonşu , sonra ev!"– deyə buyurdu".

Tanınmış zahid Həsən bəsri deyir:"İslam ümməti arasında heç kim ibadətdə Fatimənin (s.ə) misli ola bilməz. O xanım ayaqları qabar olana qədər ibadət edirdi.

Həzrəti Zəhranın (s.ə) evlənməsi

Fatimeyi- Zəhranın (s.ə) kamil və üstünlüyü. Onun Peyğəmbərin (ə) qızı və şərafətli ailədən olması səbəbilə əyan- əşraf və adlı- sanlı şəxslər ona elçiliyə gılirdilər, lakin mənfi cavab alırdılar. Təəccülü burasıdır ki, Peyğəmbər (s) onların cavabında belə buyurardı: "Fatimənin işi Allahın əlindədir".

Mədinədə bu söhbət gəzərkən belə bir xəbər yayıldı: "Peyğəbbər (s) qızı Fatiməni (s.ə) Əliyə (ə) Vermışdir". Əli (ə) -ın var dövləti yox idi Amma bütün islami dəyərləri özünə cəm etmişdi.

Peyğəmbər (ə) bu evlənmə barədə belə buyurmuşdur: "Bir mələk Allah tərəfindən nazil olub mənə dedi. Allah- Taala sənə salam çatdırıb buyurdu: Mən qızın Fatiməni göylərdə Əli (ə) üçün həyat yoldaşı təyin etmişəm, sən də yerdə onu Əlinin (ə) həyat yoldaşı et!".

Əli (ə) Fatimənin (s.ə) elçiliyinə gələndə, utandığından mübarək üzü qızarmışdı. Peyğəmər (s) onu müşahidə etdikdə şad olub gülümsündü və buyurdu: "nə üçün mənim yanıma gəlmisən? "Amma Əli (ə) Peyğəmbərin (s) əzəməti qarşısında öz istəyini müzakirə edə bilməyib sükut etdi.

Peyğəmbər (s) Əlinin (ə) niyyətindən xəbərdar idi və belə buyurdu: "olmaya (bəlkə) Fatiməyə elçi gəlmisən? Əli (ə) dedi:bəli! Peyğəmbər (s): Ey Əli, səndən öncə bir çoxları Fatiməyə elçi gəldilər.

Hər zaman bu məsələni qızım ilə müzakirə etdim,lakin razılıq vermədi. İndi də icazə ver,bunu onun özü ilə məsləhətləşim".

Doğrudur bu evlənmə səmavidir və gərək baş tutsun, lakin Fatimənin (s.ə) şəxsiyyəti, qadınların həyat yoldaşı seçmələrində azadolması tələb edir ki, Peyğəmbər (s) Fatimə (s.ə) ilə məsləhətləşmədən bu işə başlamasın.

Peyğəmbər (s) Əlinin (ə) fəzilətlərini Fatimə üçün sayıb buyurdu: Mən istəyirəm səni Allahın ən üstün bəndəsinə həyat yoldaşı edim, nəzərin nədir?. Fatimə utanıb başını aşağı saldı və heç bir şey deməyib sükut etdi.

Peyğəmbər (s) buyurdu: Allahu əkbər, onun sükutu razılığına sübutdur. Bu hadisədən sonra evlənmə əqdi Peyğəmbərin (s) vasitəsi ilə oxundu.

Həzrəti Əli (ə) buyurdu ki, Rəsuli Əkrəm buyurdu ki, Dur get öz zirehini sat" Ayağa durub gedib zirehimi satdım, pulunu isə gətirib Peyğəmbərin (ə) qarşısına qoydum.

Peyğəmbər (s) pulun qədərini soruşmadı və mən də bir söz demədim. Peyğəmbər (s) o puldan bir az Bilal həbəşiyə verib buyurdu: "Bu pula Fatimə (s.ə) üçün ən gözəl ətir al!". Sonra bir azda pul Əbu Bəkrə verib buyurdu: "Bu pula Fatiməyə (s.ə) layiq libas və ev əşyaları al!".

Sonra Əmmar Yasiri və bir neçə digər səhabəni Əbu Bəkrin dalınca göndərdi. Onlar bazara gedib hər biri bəyəndiyi şeyi Əbu Bəkrə göstərirdi, o da deyilənləri alırdı.

Bütün ev əşyaları alındıqdan sonra, toy günü təyin edildi. Beləliklə, Əli (ə) Fatimə (s.ə) ilə ailə həyatı qurdu. Bu evlənmənin səmərəsi Həsən, Hüseyn , Zeynəb, Gülsüm və Möhsün oldu.

Bəli, bir ana, bir qadın üçün təsəvvür oluna bilən bütün üstün cəhətlər Fatimeyi Zəhra (s.ə)- cənlənmişdi. O, adi bir qadın deyil, səmavi bir qadın, insanlığın bütün mənasında insan, qadınlığın bütün mənasında qadın idi.

O elə bir qadın idi ki, çox kiçik və sadə evində İslam tarixininin aparıcı şəxsiyyətlərini tərbiyə etdi. O, iki İmam anasıdır.

Allah-Taala islam Peyğəmbərinin (s) nəslini məhz bu xanımın övladları ilə davam etdirib, etdirir, və etdirəcəkdir. İslamın bu böyük xanımı haqqında istər müsəlman, istərsədə başqa dinlərdən olan alimlər çox dəyərli nəzərlər söyləyiblər.

Onlardan Livanın tanınmış yazıçısı, şairi və ədibi Süleyman Kəttani yazırdı:. "Fatimeyi- Zəhra (s.ə) tarixi sənədlərdə yaşayan yüksək bir şəxsiyyətdir.

Fatimənin (s.ə) böyük və nadir bir şəxsiyyət olduğunu dərk etmək üçün təkcə bunu xatırlatmaq kifayatdir ki, o, Məhəmmədin (s) qızı, Əlinin (ə) həyat yoldaşıdır".
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031